• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçi həbsdən buraxılmadı

  • 30 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyulun 30-da Xəzər Rayon Məhkəməsi AXCP üzvü Aqil Məhərrəmovun həbsdən vaxtından əvvəl azad edilməsi barədə müraciətinə baxışı yekunlaşdırıb. Müraciət təmin olunmayıb.

Aqil Məhərrəmov Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Novator.az-ın məlumatına görə, müəssisə Aqil Məhərrəmova mənfi rəy verib, onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinin təmin olunmamasını istəyib.

Cinayət Məcəlləsi məhkəməyə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək imkanı verir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə üçün məhkumun saxlandığı müəssisənin müsbət rəyi zəruridir.

Aqil Məhərrəmov 2018-ci il mayın 25-dən həbsdədir. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinən cəbhəçi 4 il həbs cəzası alıb.

İttihama görə, 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, Aqil Məhərrəmov və digər şəxslər bu işdə ona yardımçı olublar.

Saleh Rüstəmova 7 il 1 ay, AXCP üzvü Babək Həsənova 3 il azadlıqdan məhrumetmə cəzaları kəsilib, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) isə 6 il 8 aylıq şərti cəzalar alıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Məhkəmədən Tofiq Yaqubluya mənfi cavab

  • 30 İyul 2021
  • comments

Deputatı nə gözləyir?

  • 30 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Eldar Həsənov – 70

Son materiallar

comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda