• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni parlamentə yeni sədr gəlir

  • 27 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Ermənistanın yeni seçilmiş parlamentinin ilk iclası avqustun 2-nə təyin olunub. Novator.az Armeniasputnik.am saytına istinadla bildirir ki, hakim Vətəndaş Sazişi Partiyası parlament sədri postuna Alen Simonyanı namizəd göstərib.

Alen Simonyan 1980-ci ildə doğulub. Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, Milli Elmlər Akademiyasında siyasi elmlər üzrə magistr dərəcəsi alıb.

Əsası 2013-cü ildə qoyulan Vətəndaş Sazişi Partiyasının öncül şəxslərindən biridir. 2019-cu ildən parlament sədrinin müavini postunu tutub.

Bundan əvvəlki parlamentə Ararat Mirzoyan sədrlik edib. 1979-cu il təvəllüdlü Ararat Mirzoyan tarixçi alimdir. 2017-ci ildə parlamentin deputatı seçilib, 2018-2019-cu illərdə baş nazirin birinci müavini olub. Vətəndaş Sazişi Partiyasının öncül şəxslərindəndir.

İyunun 20-də keçirilmiş növbədənkənar seçkidə formalaşan yeni parlament 107 deputatdan ibarətdir. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası parlamentə 71 mandatla düşüb. İkinci prezident Robert Köçəryanın, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəmləşdiyi Ermənistan blokunun 29, üçüncü prezident Serj Sərkisyanın Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” blokunun 7 mandatı var.

20 iyun seçkisində qələbə ilə Vətəndaş Sazişi Partiyası təkbaşına hökumət qura bilir.

Ermənistanda hökumətin strukturu qanunla müəyyən olunur, baş naziri və Nazirlər Kabinetinin başqa üzvlərini prezident təyin edir.

Dünya, yaxın ölkələr, Azərbaycan

  • 27 İyul 2021
  • comments

Yarım ilin fövqəladə hadisələri

  • 27 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda