• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan Ordusuna Baş Qərargah rəisi təyin olundu

  • 23 İyul 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

General-leytenant Kərim Vəliyev müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Prezident İlham Əliyev sərəncamı iyulun 23-də imzalayıb.

Kərim Vəliyev 1961-ci ildə Bakı şəhərində doğulub. Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib. 1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət aparıb.

14 may 2014-cü ildən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, 20 fevral 2019-cu ildən müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi olub.

Novator.az bildirir ki, 1993-cü il noyabrın 2-dən Silahlı Qüvvələrin Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini postunu Nəcməddin Sadıqov tutub.

2020-ci ilin oktyabr ayında Nəcməddin Sadıqovun adı Müdafiə Nazirliyinin rəsmi saytının “Rəhbərlik” bölməsindən çıxarılıb, ancaq onun vəzifədən götürülməsi barədə hər hansı qərar açıqlanmayıb. 2021-ci il yanvarın 28-də onun hərbi xidmətdə olmadığı bəyan edilib.

Nəcməddin Sadıqov general-polkovnikdir. O, 1956-cı ildə Rusiyanın Dağıstan bölgəsinin Dərbənd şəhərində doğulub. Bakıda Ali Ümumqoşun Komandirlər Məktəbini, Moskvada Hərbi Akademiyanı bitirib.

1979-cu ildən SSRİ Silahlı Qüvvələri tərkibində vzvod, rota, batalyon komandiri və polk komandirinin müavini vəzifələrində xidmət edib.

1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, cəbhə komandanının birinci müavini-Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrini tutub.

Prezidentin iyulun 23-də imzaladığı başqa sərəncamlarla general-leytenant Ayaz Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini, Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib, general-leytenant Nizam Osmanov müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi; general-mayor Ənvər Əfəndiyev müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı; general-mayor Azər Əliyev Əməliyyat Baş İdarəsinin rəisi; general-mayor Kənan Seyidov 5-ci Ordu Korpusunun komandiri təyin olunub.

Məhbus cəbhəçiyə mənfi rəy

  • 23 İyul 2021
  • comments

AZPROMO fərmanı, tapşırıqlar

  • 23 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda