Novator.az yaxın ölkələrlə rəsmi ticarət statistikasına nəzər salıb.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 386,8 milyon dollarlıq məhsul ixrac olunub.
Rusiyaya 418,5 milyon, Gürcüstana 389,5 milyon, Ukraynaya 204,8 milyon, Belarusa 126,9 milyon, Türkmənistana 20,6 milyon, Qazaxıstana 14,6 milyon, İrana 13,7 milyon, Özbəkistana 12,5 milyon, Litvaya 7,3 milyon, Tacikistana 5,4 milyon, Qırğızıstana 2,6 milyon, Latviyaya 1,6 milyon dollarlıq, Estoniyaya 898,7 min, Moldovaya 673 min dollarlıq ixrac rəsmiləşib.
Yarım ildə Azərbaycan Rusiyadan 923,9 milyon dollarlıq mal alıb.
Türkiyədən Azərbaycana 817,6 milyon, Ukraynadan 219 milyon, İrandan 180,9 milyon, Belarusdan 61,6 milyon, Gürcüstandan 41,9 milyon, Özbəkistan və Qazaxıstanın hər birindən 35 milyon, Türkmənistandan 16,9 milyon, Litvadan 13,4 milyon, Latviyadan 9,1 milyon, Estoniyadan 2,5 milyon, Qırğızıstandan 2 milyon, Moldovadan 1,7 milyon dollarlıq, Tacikistandan 45,8 min dollarlıq məhsul göndərilib.