• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Daşkəsəndə şəhid ziyarəti

  • 22 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezident İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Daşkəsən şəhərindəki Şəhidlər xiyabanına baş çəkib.

1993-cü ildə salınan Şəhidlər xiyabanında Birinci Qarabağ savaşının və 2020-ci ilin Vətən müharibəsinin şəhidləri dəfn olunub.

Vətən müharibəsində Daşkəsənin 31 şəhid verdiyi bildirilir.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrinin apardığı əməliyyatlarda və noyabrın 10-da əldə olunan atəşkəs razılaşması nəticəsində ərazilərin böyük qismi azad olunub. Yuxarı Qarabağ bölgəsinin bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.

Vətən müharibəsində Azərbaycanın 2907 hərbi qulluqçusu şəhid olub.

Prezident Daşkəsən səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub, Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə görülən işlərlə maraqlanıb.

Prezident qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində də olub. O, Naftalan şəhər hava limanına baxış keçirib. Arayışa görə, 1977-ci ildə istismara verilən hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni 35 metrdir.

Prezident Naftalan Mərkəzi Sanatoriyasının açılış, 200 yerlik körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi mərasimlərinə də qatılıb.

İlham Əliyev həmin gün Goranboy rayonuna da baş çəkib. Prezident Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun və Goranboy Olimpiya İdman Kompleksinin açılışlarında iştirak edib.

Gəncəyə də gedən İlham Əliyev Ermənistanın raket hücumlarına məruz qalmış ərazidə olub. 2020-ci ilin oktyabr ayında Gəncəyə raket hücumları nəticəsində 26 mülki şəxs həlak olub, 142 nəfər yaralanıb, şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Avropa Məhkəməsindən yeni cərimələr

  • 22 İyul 2021
  • comments

Ermənistanda yeni deputatların siyahısı təsdiqlənd...

  • 22 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Anım
  • Bölgə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda