• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsindən yeni cərimələr

  • 22 İyul 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İyulun 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərarlar elan edib. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Mahmudov və əməkdaşı Yaşar Ağazadənin şikayəti siyasi xadim Cəlal Əliyev barədə məqalədən sonra cinayət məsuliyyətinə alınmaları ilə bağlı olub. Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayətindən sonra Rövşən Mahmudov və Yaşar Ağazadə 16 may 2007-ci ildə böhtana görə məhkum ediliblər. Onların hər birinə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 2007-ci ilin dekabrında jurnalistlər əfvlə azadlığa buraxılıblar.

Avropa Məhkəməsi ərizəçilərin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyi qənaətinə gəlib. Qərara görə, dövlət onlara ümumilkdə 3400 avro təzminat ödəməlidir.

Jurnalist Azər Əhmədov “Azadlıq” qəzetinin direktoru olan zaman həmkarı Aqil Xəlilin bıçaqlanmasının istintaqı çərçivəsində telefonunun dinlənilməsindən şikayətçi olub. Avropa Məhkəməsi bu işdə şəxsi həyata müdaxilə hüququnun pozuntusuna yol verildiyini təsdiqləyərək dövlətə 7000 avro cərimə kəsib.

Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramovun şikayəti pul borcunu ödəmədiklərinə görə həbs edilmələri ilə bağlı olub. Avropa Məhkəməsi ərizəçilərin ədalətli məhkəmə araşdırması hüququna müdaxilə baş verdiyi qənaətinə gələrək dövlətin üzərinə onların hər birinə 3600 avro təzminat ödəmək öhdəliyi qoyub.

Hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub.

Karantin uzadıldı

  • 22 İyul 2021
  • comments

Daşkəsəndə şəhid ziyarəti

  • 22 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda