• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan: müdafiə naziri səlahiyyətlərinin icraçısı istefa verdi

  • 20 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan iyulun 20-də istefa verib.

Novator.az bildirir ki, Vaqarşak Arutyunyan 1956-cı ildə Gürcüstanda anadan olub. Bakıdakı Xəzər Ali Hərbi Dəniz Məktəbini, Hərbi Dəniz Akademiyasını (Sankt-Peterburq) və SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (Moskva) bitirib.

1978-1990-cı illərdə Rusiyanın Uzaq Şərq bölgəsində xidmət edib.

1991-1992-ci illərdə Ermənistan daxili işlər nazirinin müavini, Müdafiə Komitəsi sədrinin birinci müavini postlarını tutub.

1992-1994-cü illərdə MDB Birləşmiş Hərbi Qüvvələri Baş Komandanlığında qərargah rəisinin müavini, 1994-1999-cu illərdə MDB Müdafiə Nazirləri Şurasında Ermənistanın nümayəndəsi, 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.

2020-ci ilin avqustundan baş nazirin böyük müşaviri postunu tutan Vaqarşak Arutyunyan həmin il noyabrın 20-dən müdafiə naziri idi.

İyulun 20-də baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Arşak Karapetyanı müdafiə nazirinin birinci müavini təyin edib. Bu təyinata qədər Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin müavini olmuş Arşak Karapetyanın müdafiə naziri səlahiyyətlərini icra edəcəyi bildirilir.

Mənbə: Armeniasputnik.am

Ermənistanda iyunun 20-də keçirilmiş parlament seçkisinin rəsmi nəticələri baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyana yenidən hökumət qurmaq imkanı verir.

1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci il aprelin 2-də bu partiyanın daxil olduğu “Çıxış” bloku qanunverici orqana 9 mandat qazanıb.

2018-ci il aprelin 9-da Ermənistan parlament idarə üsuluna keçib: icra hakimiyyətinin ali orqanı funksiyası Nazirlər Kabinetinə, dövlət idarəçiliyinə rəhbərlik baş nazirə ötürülüb.

2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində onun liderlik etdiyi blok qalib gəlib, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.

2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub.

20 iyun seçkisinin nəticələrinə əsasən, Vətəndaş Sazişi Partiyası 107 yerlik yeni parlamentə 71 mandatla düşüb, ikinci prezident Robert Köçəryanın, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəm olduğu Ermənistan bloku 29 mandat, üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” bloku 7 mandat götürüb.

Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.

Peyvənd olunmayanların peşmanlığı – “NBC New...

  • 20 İyul 2021
  • comments

Moskvada görüş

  • 20 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda