• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şuşa yolunda

  • 16 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 16 iyul məlumatına görə, Füzuli rayonundan Şuşa şəhərinə çəkilən ikinci avtomobil yolu boyunca tunellərin inşasına start verilib: “Çətin relyefli ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84,6 kilometr olacaq.

Yol boyu ümumilikdə 7 tunel tikilir. Tunellərin bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olması nəzərdə tutulur. Uzunluqları 360-3300 metr arası dəyişəcək tunellərin giriş hissəsində aparılan işlər tamamlanıb.

4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 0-3, 34-37 və 51-53-ci kilometrlik hissələrində torpaq yatağının inşası işləri yekunlaşıb”.

Füzuli rayonundan Şuşa şəhərinə çəkilən 101 kilometrlik başqa yolun 2 hərəkət zolaqlı olması nəzərdə tutulur.

1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın bütün cənub-qərbini işğal edib.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində ərazilərin böyük qismi azad edilib.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.

Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri 1992-ci il mayın 8-9-dan 2020-ci il noyabrın 8-dək işğalda olub.

Hələlik Şuşaya Laçın və Ağdam yolları ilə gedib-gəlmək mümkün deyil. Xocavənd-Şuşa yolundan isə Rusiya hərbçilərinin müşayiəti ilə istifadə olunur.

90 min manat, 15 işçi

  • 16 İyul 2021
  • comments

Mədəniyyət paytaxtında yeni rəhbər

  • 16 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Bölgə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda