• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsa Qəmbərdən Xalq Cəbhəsi təbriki

  • 16 İyul 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Siyasətçi İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin (AXC) quruluş günü ilə bağlı təbrik yayıb. Novator.az-ın məlumatına görə, siyasətçi özünün “Facebook” səhifəsində yazır ki, 16 iyul 1989-cu ildə Əbülfəz Elçibəyin liderliyi ilə AXC-nin yaradılmasında iştirakından qürur duyur: “16 iyul 1993-cü ildə həbs edilmişəm. Əliyev rejiminin ilk siyasi məhbuslarından olmağımı bioqrafiyamın önəmli faktlarından sayıram.

Həbs də mənim 16 iyula münasibətimi dəyişməyib, əksinə, elə həbs edildiyim gün parlament tribunasından Əbülfəz Elçibəy başda olmaqla bütün cəbhəçiləri və xalqımızı AXC-nin 4-cü ildönümü münasibətilə təbrik etmişəm.

İndi Azərbaycan Xalq Cəbhəsinin yaradılmasından 32 il keçir. Bu möhtəşəm təşkilatın tariximizdə fövqəladə rolu hələ öyrəniləcək və gerçəklər dərsliklərə də yazılacaq.

AXC-ni yaradan dəyərli şəxsiyyətlərin, həlledici qüvvəyə çevirən fədakar insanların, dəyərini bilən vətəndaşlarımızın simasında bütün xalqımızı təbrik edirəm!”

AXC 1989-cu il iyulun 16-sı Bakıda təsis olunub. Qurucu konfransda Əbülfəz Elçibəy AXC sədri seçilib.

İlk İdarə Heyətində Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümmətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə təmsil olunublar.

İkinci İdarə Heyətinə əvvəlki tərkibdən Etibar Məmmədov, Hikmət Hacızadə, İsa Qəmbər, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Tofiq Qasımov, Yusif Səmədoğlu ilə yanaşı Arif Paşa, Dilarə Əliyeva, Əlikram Əliyev, Firudin Səməndərov, Sabir Rüstəmxanlı, Vurğun Əyyub mandat alıblar.

1991-ci ildə İdarə Heyəti institutu ləğv edilib.

1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli rəhbərlik edir.

AXC rəhbərliyində təmsil olunmuş şəxslərin 9-u dünyasını dəyişib. Dilarə Əliyeva 1991-ci ildə avtomobil qəzasında həlak olub, Yusif Səmədoğlu 1998-ci, Nəcəf Nəcəfov 1999-cu, Əbülfəz Elçibəy 2000-ci, Əlikram Əliyev 2011-ci, Vurğun Əyyub, Firudin Səməndərov 2019-cu, Tofiq Qasımov, Hikmət Hacızadə 2020-ci ildə vəfat ediblər.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən, Heydər Əliyev hakimiyyətə gələndən sonra İsa Qəmbər bir müddət həbsdə yatıb.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutmuş İsa Qəmbər hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

Ağdamda yeni hərbi hissə

  • 16 İyul 2021
  • comments

Gücün yumşağı

  • 16 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Anım
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda