• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiya peyvəndinin Avropa Birliyində qeydiyyatı niyə gecikir?

  • 15 İyul 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ-ın “Reuters” agentliyi Rusiyanın koronavirus əleyhinə hazırladığı əsas peyvəndin – “Sputnik V”in Avropa Birliyində qeydiyyatının gecikmə səbəbini araşdırıb.

Novator.az saytının məlumatına görə, “Reuters” etibarlı mənbələrə istinadla yazıb ki, “Sputnik V” peyvəndinin istehsalçıları vaksinə dair lazımi sənədlərin hamısını vaxtında Avropa Dərman Agentliyinə (EMA) təqdim etməyiblər. Ona görə də vaksinin Avropa Birliyində qeydiyyatı yayın sonunadək uzana bilər.

Söhbət xüsusilə vaksinin hüceyrə bankına, yəni bünövrəsinə aid sənəddən gedir. Bu, vaksinin Avropa Birliyinin müəyyənləşdirdiyi normalara uyğun olduğunu sübut etmək üçün vacib sənədlərdən biridir.

“Reuters”ə danışan mənbə bildirib ki, “Sputnik V”i Avropa Birliyində qeydiyyata almaq üçün təhlillər başlananda EMA-nın əlində vaksinin yan təsirlərinə aid məlumatlar olmayıb. “Sputnik V” istehsalçılarının kliniki sınaqlar zamanı peyvəndlənmiş insanlar üzərində nə dərəcədə müşahidə apardıqlarını da EMA tam aydınlaşdıra bilməyib.

Ancaq mənbə qeydiyyat qaydalarının faciəvi həddə pozulmadığını vurğulayıb, bildirib ki, sadəcə anlaşılmaz məqamlara aydınlıq gətirməyə ehtiyac yaranıb. Həmin məqamları aydınlaşdırmaq üçün isə hələ xeyli iş görülməlidir.

Avropa Birliyində Rusiya peyvəndinin qeydiyyatı prosesi ilə bağlı  məlumatlı olan başqa bir mənbə “Reuters”ə açıqlamasında deyib ki, əslində EMA “Sputnik V”in təsirli və təhlükəsiz bir peyvənd olduğuna şübhə etmir.

Rusiyada peyvənd istehsalını maliyyələşdirən Birbaşa İnvestisiyalar Fondu “Sputnik V”ə dair bəzi sənədlərin vaxtında EMA-ya çatdırılmadığı haqda iddiaları təkzib edib. “Reuters”i anonim mənbələrə söykənməkdə qınayan fond bəyan edib ki, müəyyən dairələr “Sputnik V” peyvəndini gözdən salmağa çalışır, dezinformasiya kampaniyası aparır.

Birbaşa İnvestisiyalar Fondu “Sputnik V”in hüceyrə bankının Avropa Birliyinin müəyyənləşdirdiyi normalara, EMA-nın tələblərinə tam cavab verdiyini vurğulayıb.

Xatırladaq ki, Rusiyada koronavirus əleyhinə daha iki peyvənd istehsal olunub: “EpiVacCorona” və “CoviVac”.

Mənbə: Reuters.com

Sahələr üzrə orta maaş

  • 15 İyul 2021
  • comments

Dövlətə cərimə: Tofiq Yaqubluya 9 min avro verilmə...

  • 15 İyul 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Elm
  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda