• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavatdan tələblər

  • 15 İyul 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Müsavat Partiyası Ermənistan silahlı qüvvələrinin Qarabağda, Azərbaycan sərhədində, eləcə də Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəsi vaxtaşırı pozmasına münasibət bildirib. Novator.az-ın məlumatına görə, partiyanın 14 iyul bəyanatında qeyd olunur ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sənəd Ermənistan ordusunun Qarabağdan çıxmasını nəzərdə tutsa da, buna əməl edilmir: “Azərbaycan Ordusunun mövqelərinin son dövrlər dəfələrlə atəşə tutulması Ermənistanın 44 günlük müharibənin nəticələrini unutduğunu və yenidən azğınlaşdığını göstərir. Müsavat Partiyası Azərbaycan hakimiyyətinin bu məsələdə susqunluğunu qətiyyətlə pisləyir, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.

Partiya hesab edir ki, atəşkəsin pozulması hallarına Türkiyə-Rusiya müşahidə missiyası rəsmi münasibət bildirməli, bu təsisat ümumilikdə atəşkəs rejiminə əməl olunmasına dair funksiyalarını yerinə yetirməlidir”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda ərazilərin böyük hissəsi azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıb. Hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.

Dekabrın 1-dək ərazilərin daha bir hissəsi Azərbaycana qaytarılıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.

2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.

10 noyabr 2020-ci il bəyanatına görə, Rusiyanın sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Ancaq Azərbaycanın nəzarətindən kənar qalan ərazilərdə erməni silahlı qüvvələri var.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər olub. 2014-cü ildən partiyaya Arif Hacılı başqanlıq edir.

Şuşa ətrafında

  • 15 İyul 2021
  • comments

Rusiyaya nota verilsin

  • 15 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda