• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlətə cərimə: Tofiq Yaqubluya 9 min avro verilməlidir

  • 15 İyul 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 15-də azərbaycanlı siyasətçi Tofiq Yaqublunun iki şikayəti üzrə qərarını elan edib. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, məhkəmə inzibati məsuliyyətə cəlb edilmiş Tofiq Yaqublunun Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat verilən azadlıq və toxunulmazlıq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğu qənaətinə gəlib. Qərar Azərbaycan dövlətinin Tofiq Yaqubluya 9 min avro təzminat ödəməsini nəzərdə tutur.

Avropa Məhkəməsinə göndərilmiş şikayətlər Tofiq Yaqublunun 2012-ci il mayın 24-ü və 25-də tutulması ilə bağlıdır.

Ərizəçi 2012-ci il mayın 24-də, müxalif qüvvələrin aksiyasından bir gün əvvəl Bakının Suraxanı rayonunda tutulub, ona 20 manat cərimə kəsilib. Mayın 25-də Bakı metrosunun “Sahil” stansiyasının yaxınlığında yenidən tutulan Tofiq Yaqublu bir gün polisdə saxlanıb, 20 manat cəriməyə məruz qalıb.

Siyasətçi hər iki iş üzrə milli məhkəmələrdə çəkişmə aparıb, amma şikayətləri rədd edilib.

Hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

Rusiya peyvəndinin Avropa Birliyində qeydiyyatı ni...

  • 15 İyul 2021
  • comments

Koronavirusdan sağalan nə vaxt və neçə dozada peyv...

  • 15 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda