• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Minsk qrupundan imtina

  • 14 İyul 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Azərbaycanda akkreditə olunan 46 dövlətin diplomatik nümayəndəsi iyulun 9-10-u işğaldan 2020-ci ildə qurtulan Şuşa şəhərinə baş çəkib. Dağlıq Qarabağ münaqişəsində beynəlxalq vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ-ın diplomatik təmsilçiləri səfərə dəvəti qəbul etməyib. Bu, Azərbaycanda Minsk qrupundan imtina çağırışlarını artırıb.

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib.

1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb.

1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal edib.

Novator.az bildirir ki, 1992-ci il martın 24-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (Təşkilatının) Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən görüşündə Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edilib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.

1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.

1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeşt sammiti həmsədrlik institutu yaradıb. Minsk qrupunda həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.

1995-ci il yanvarın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiyadan Vladimir Kazimirov, İsveçdən Yan Eliasson olub. Sonuncunu bir müddət sonra finlandiyalı Rine Niberq əvəz edib.

1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi Jak Blo həmsədr təyin olunub. 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ. Bu ölkədən dövlət katibinin müavini Stroub Telbott Minsk qrupuna həmsədr gətirilib.

1997-ci ildən sonra Minsk qrupunun rəhbərliyində bu diplomatlar çalışıb:

Rusiya – Valentin Lozinski, Yuri Yukalov, İqor Studennikov, Nikolay Qribkov, Yuri Merzlyakov;

Fransa – Jorj Vojye, Jan Jak Qayard, Filip de Sürmen, Anri Jakole, Bernar Fasye, Jak For, Pyer Andriyo;

ABŞ – Cozef Pressel, Linn Pasko, Donald Kayzer, Kerri Kavano, Rudolf Perina, Stiven Mənn, Metyu Brayza, Robert Bradtke, Ceyms Uorlik, Riçard Hoqland.

Hazırda Minsk qrupuna Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti, ABŞ-dan Endrü Skofer həmsədrlik edir.

Qurumda Rusiya, Fransa, ABŞ, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də təmsil olunur.

Minsk qrupunun beynəlxalq vasitəçiliyi Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarda ərazilərin bir hissəsi azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin imzaladığı bəyanata əsasən, hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.

Ermənistan dekabrın 1-dək ərazilərin daha bir qismini Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

Kredit: yeni qayda və cəza rəsmiləşdi

  • 14 İyul 2021
  • comments

Azadlıq imkanı

  • 14 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda