• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azadlıq imkanı

  • 14 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyulun 15-də Xəzər Rayon Məhkəməsi AXCP üzvü Aqil Məhərrəmovun həbsdən vaxtından əvvəl azad edilməsi barədə müraciətinə baxacaq.

Novator.az bildirir ki, Aqil Məhərrəmov 2018-ci il mayın 25-də tutulub. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinən cəbhəçi 4 il həbs cəzası alıb.

İttihama görə, 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, Aqil Məhərrəmov və digər şəxslər bu işdə ona yardımçı olublar.

Saleh Rüstəmova 7 il 1 ay, AXCP üzvü Babək Həsənova 3 il azadlıqdan məhrumetmə cəzaları kəsilib, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) isə 6 il 8 aylıq şərti cəzalar alıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Aqil Məhərrəmovun iyulun 15-də keçiriləcək məhkəməsinə diqqət çəkən AXCP sədri Əli Kərimli yazır ki, hakimiyyətin bir səhvini düzəltməyə şansı yaranıb: “Aqil bəy heç bir cinayət törətməsə də, aldığı 4 illik cəzanın əksəriyyətini çəkib, cəzanın başa çatmasına 10 ay qalıb. O həbs olunanda əkiz qızları 6 aylıq idilər. İndi 4 yaşlarına az qalıb. Rejim Aqil bəyə övlad sevincini yaşamağa da imkan vermədi. Körpələr də faktiki atasız böyüyür. Heç olmasa indi bu ədalətsizliyə, bu qəddarlığa son verin, Aqil Məhərrəmovu azad edin!”

Aqil Məhərrəmov Bakının Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Cinayət Məcəlləsinə görə, məhkəmə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilir.

Minsk qrupundan imtina

  • 14 İyul 2021
  • comments

Əli Kərimlinin anası vəfat edib

  • 14 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda