• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xəbərdarlıq: eyni vaxtda koronavirusun iki variantına yoluxmaq olar

  • 12 İyul 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Bir adam eyni vaxtda koronavirusun iki variantına yoluxa bilər. Novator.az saytı ABŞ-ın “Röyters” agentliyinə istinadla bildirir ki, mütəxəssislər Belçikada qeydə alınan hadisəni təhlil edəndən sonra belə bir xəbərdarlıqla çıxış ediblər.

Bu ilin martında Belçikada 90 yaşlı qadın eyni vaxtda koronavirusun həm alfa, həm də beta variantına yoluxub.

Qadın koronavirus əleyhinə peyvənd olunmayıbmış. O, tək yaşayırmış və virusa yoluxanadək ona evdə tibbi yardım göstərilirmiş.

Mart ayında qadının halı pisləşib və o, xəstəxanaya yerləşdirilib. Müayinələr zamanı 90 yaşlı qadının COVİD-19 infeksiyasına, özü də virusun həm alfa, həm də beta variantına yoluxduğu üzə çıxıb.

Qadının həyatını xilas etmək mümkün olmayıb, mart ayında o, müalicə olunduğu xəstəxanada vəfat edib.

Məsələ iyulun 9-12-də Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Konqresində geniş müzakirə olunub.

Müzakirələrin yekununda konqres bəyan edib ki, ilk dəfə qeydə alınmasına baxmayaraq, Belçikadakı hadisə bir nəfərin eyni vaxtda virusun iki variantına yoluxmasının mümkün olduğunu göstərib.

Mütəxəssislərin fikrincə, qadın alfa və beta variantlarına ayrı-ayrı adamlardan yoluxub. Amma yoluxmaların necə baş verdiyi, virusun qadına kimlərdən keçdiyi bəlli deyil.

2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq 222 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyası indiyədək 4 milyondan çox adamın ölümünə səbəb olub.

2021-ci ilin yazında Dünya Səhiyyə Təşkilatı koronavirusun ortaya çıxan yeni variantlarına adlar verib. İlk dəfə Böyük Britaniyada aşkarlanan variant “alfa”, ilk dəfə Cənubi Afrikada peyda olan variant isə “beta” adlandırılıb.

Koronavirusun bu variantları ötən ildən dünyanın bir çox ölkəsində, o cümlədən Belçikada yayılıb.

Mənbə: Reuters.com

Bərpanın önəmi, bərpada önəm

  • 12 İyul 2021
  • comments

Hasilat açıqlaması

  • 12 İyul 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Elm
  • Gender
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda