• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ramin Hacılı nədə ittiham olunur?

  • 12 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

İctimai fəal Ramin Hacılıya və daha 7 nəfərə cinayət işi qaldırılıb.

Baş Prokurorluğun 12 iyul 2021-ci il məlumatında qeyd olunur ki, İstintaq İdarəsi Azərbaycanı tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz “siyasi sığınacaq” almalarının təşkili faktları ilə əlaqədar cinayət işi başlayıb: “İstintaqla müəyyən edilib ki, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov ABŞ-a, Kanadaya və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satıb, şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Ramin Hacılı və digər şəxslərin mütəşəkkil dəstə tərkibində dələduzluq və başqa ittihamlarla təqsirləndirilən şəxs qismində cəlb edildiyi, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçildiyi bildirilir.

Ramin Hacılının həbs edildiyi xəbəri iyulun 10-da yayılmışdı.

1983-cü ildə Füzuli rayonunun Arayatlı kəndində doğulan Ramin Hacılı Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Müxtəlif gənclər təşkilatlarının və partiyaların fəallarından olub.

Ramin Hacılı 2018-ci il iyunun 4-də Balakən rayonu ərazisində 1988-ci il təvəllüdlü Fəxrəddin Qasımovla birgə tutulub, onun dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etdiyi bəyan olunub. 2019-cu ilin yazında onun barəsində seçilmiş həbs qətimkan tədbiri aradan qaldırılıb.

“Fox News”un aparıcısı: “Əmin olun, Putin rəqiblər...

  • 12 İyul 2021
  • comments

Yeni kitablar

  • 12 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda