• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

16 çempionatın 10 qalibi

  • 12 İyul 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Novator.az Avropa futbol çempionatlarının tarixinə nəzər salıb.

1960-2021-ci illərin 16 çempionatında 10 milli komanda zəfər yaşayıb. İspaniya və Almaniyanın 3, İtaliya və Fransanın 2, SSRİ, Çexoslovakiya, Niderland, Danimarka, Yunanıstan və Portuqaliyanın 1 çempionluğu var.

1960, 1964, 1968, 1972, 1976-cı illərin final mərhələlərinə 4 milli komanda qatılıb.

İlk çempionat 1960-cı ildə Fransada keçirilib, SSRİ yığması çempion olub.

1964-cü ilin çempionatında qızıl medallara ev sahibi İspaniya sahib çıxıb.

1968-ci ildə final mərhələsi İtaliyada keçirilib, meydan sahibi çempionluq əldə edib.

1972-ci ilin final mərhələsi Belçikada olub, Almaniya Federativ Respublikası qızıl medallar qazanıb.

1976-cı ildə final mərhələsi Yuqoslaviyada keçirilib, Çexoslovakiya çempion olub.

1980, 1984, 1988, 1992-ci illərin final mərhələlərinə 8 milli komanda qatılıb.

1980-ci ilin final raunduna İtaliya ev sahibliyi edib, Almaniya Federativ Respublikası çempion olub.

1984-cü ilin final mərhələsi Fransada olub, meydan sahibi qızıl medallar qazanıb.

1988-ci ildə final mərhələsi Almaniya Federativ Respublikasında keçirilib, Hollandiya (Niderland) çempion olub.

1992-ci ilin çempionatı İsveçdə keçirilib, Danimarka zəfər əldə edib.

1996, 2000, 2004, 2008, 2012-ci illərin final mərhələlərinə 16 milli komanda qatılıb.

1996-cı ildə İngiltərədə keçirilən çempionatda Almaniya birinci olub.

2000-ci ilin çempionatına Belçika və Hollandiya ev sahibliyi ediblər, Fransa qızıl medallar qazanıb.

2004-cü ilin final raundu Portuqaliyada keçirilib, Yunanıstan çempion olub.

2008-ci ilin çempionatı Avstriya və İsveçrədə keçirilib, İspaniya zəfər əldə edib.

2012-ci ilin final mərhələsinə Ukrayna və Polşa ev sahibliyi ediblər, İspaniya çempion olub.

2016-cı ilin final mərhələsi Fransada 24 milli komandanın iştirakı ilə keçirilib, Portuqaliya çempionluq qazanıb.

16-cı Avropa çempionatı 2020-ci ilə təyin olunub, koronavirus pandemiyası üzündən 2021-ci ilə qalıb, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Kopenhagen, Qlazqo, London, Münhen, Roma, Sankt-Peterburq və Sevilya şəhərlərində 24 milli komandanın iştirakı ilə keçirilib, İtaliya çempion olub.

A qrupunda yer alan İtaliya Türkiyəni və İsveçrəni 3:0, Uelsi 1:0 hesabları ilə yenib.

1/8 finalda italyanlar Avstriyanı (2:1 – əlavə vaxtda), 1/4 finalda Belçikanı (2:1), yarımfinalda İspaniyanı (1:1, penalti seriyasında – 4:2) ələyib, finalda İngiltərədən üstün olub (1:1, penalti seriyasında – 3:2).

Yeni kitablar

  • 12 İyul 2021
  • comments

Elektrik enerjisi sahəsində yeni qanun

  • 12 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • İdman
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda