• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan: yeni seçilmiş parlament niyə toplaşmır?

  • 08 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Ermənistanın yeni seçilmiş parlamentinin fəaliyyətə başlaması ləngiyir. Novator.az bildirir ki, Ermənistan Konstitusiyasına görə, növbədənkənar seçkidə formalaşan parlamentin ilk sessiyası rəsmi nəticələr təsdiqlənən gündən sonrakı ikinci bazar ertəsi çağırılmalıdır.

Növbədənkənar parlament seçkisi iyunun 20-də keçirilib, Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri iyunun 27-də təsdiqləyib. İyunun 27-dən sonrakı ikinci bazar ertəsi iyulun 5-nə düşüb. Ancaq yeni seçilmiş parlament həmin gün toplaşmayıb.

Sessiyanın ləngiməsi Konstitusiya Məhkəməsinə seçkidən şikayətlər verilməsindən doğur.

Proporsional sistemin tətbiq olunduğu 20 iyun seçkisinə 21 siyasi partiya, 4 blok qatılıb. İyunun 27-də Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini rəsmiləşdirib. 107 nəfərlik yeni parlamentdə hökumət başçısı Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının 71 mandatla təmsil olunacağı açıqlanıb.

İkinci prezident Robert Köçəryanın, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəm olduğu Ermənistan bloku 29, üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” bloku 7 mandat alıb.

Seçkinin rəsmi nəticələri 2018-ci il mayın 8-dən baş nazir kürsüsündə oturan Nikol Paşinyana yenidən hökumət qurmaq imkanı verir.

Ermənistan, “Qürurluyam” blokları, həmçinin parlamentə düşə bilməyən Erməni Vətəni və Oyanış partiyaları 20 iyun seçkisinin rəsmi nəticələrinin ləğvi müraciəti ilə Konstitusiya Məhkəməsinə üz tutublar. Bir icraatda birləşdirilən şikayətlərə iyulun 9-da baxılacaq. İş üzrə əsas cavabdeh Mərkəzi Seçki Komissiyası, digər cavabdehlər Baş Prokurorluq, Ermənistan Polisi, Televiziya və Radio üzrə Milli Komissiyadır.

Hakim Vətəndaş Sazişi Partiyası prosesdə üçüncü tərəf kimi iştirak etmək niyyətindədir.

Rusiyada bahalaşma: beş ilin rekordu təzələndi

  • 08 İyul 2021
  • comments

Yaxın ölkələrin valyutaları neçə manatadır?

  • 09 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda