• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlk yarımfinala ön söz

  • 06 İyul 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İyulun 6-sı 16-cı Avropa futbol çempionatının ilk yarımfinal oyununda İtaliya və İspaniya milli komandaları üz-üzə gəlir.

İyulun 7-nə təyin olunan digər yarımfinalda İngiltərə ilə Danimarka görüşəcək.

Novator.az-a yarımfinalın ilk oyunu öncəsində danışan futbol icmalçısı Rasim Mövsümzadə İtaliyanın ardıcıl 13 qələbə qazandığını, İspaniyanın son 13 oyunda uduzmadığını bildirir: “Məğlubiyyətsizlik seriyasını 32 oyuna çatdıran italyanlar yollarına davam etməklə 2007-2009-cu illərdə bu göstəricidə 35 oyunla rekordçu olmuş ispanları keçməyə çalışacaqlar. Yeri gəlmişkən, ardıcıl qələbə rekordu da İspaniyaya məxsusdur: komanda 2008-2009-cu illərdə dalbadal 15 oyunu udub.

İtaliya komandası iyunun 11-də start götürən 16-cı Avropa çempionatında keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb, yalnız Avstriya ilə 1/8 final qarşılaşmasında çətinlik çəkib (2:1).

İspaniya ancaq Slovakiya ilə matçda asanlıqla qalib gələrək (5:0), üç heç-heçə ilə yoluna davam edir. Məhz bu üzdən italyanlar cütlüyün favoriti sayılır.

Hücum futboluna üstünlük verən hər iki komandada aşkar bombardirin olmaması diqqət çəkir. Beş oyunda 12 dəfə rəqib qapısına yol tapan İspaniyanın heyətində 6 futbolçu fərqlənib və 3 avtoqol qeydə alınıb. İtaliyanın 11 qoluna da 6 futbolçu imza atıb və 1 avtoqol olub.

İspaniya hər oyunda topa sahiblənmədə üstünlük qazanan komanda kimi tanınır. İtaliya da son vaxtlar bu göstəricidə 50 faizdən çox nəticə göstərməsi ilə seçilir. Axırıncı üç ildə italyanlar yalnız 2018-ci ildə Portuqaliyaya məğlub olduqları oyunda (0:1), həmçinin bu çempionatda İsveçrə ilə qarşılaşmada (3:0) cüzi üstünlüyü rəqibə veriblər.

Rəqiblərin 2017-ci ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Madriddə keçirilən sonuncu qarşılaşmasında İspaniyanın 3:0 hesablı qələbə qazandığını da qeyd edək. Həmin oyunda çıxış edən ispaniyalı futbolçulardan yalnız David de Xea (bu çempionatda ehtiyatda oturub), Xordi Alba, Serxio Buskets, Koke və Alvaro Morata, italyanlardansa Leonardo Bonuççi, Marko Verratti, Andrea Belotti, Lorenso İnsinye, Federiko Bernardeski və Çiro İmmobile bu gün də meydana çıxa bilərlər”.

Kim uzaq gedər?

“Sürprizlər istisna deyil”

Ermənistanın Konstitusiya Məhkəməsi seçkidən dörd ...

  • 06 İyul 2021
  • comments

Futbol, alkoqol və ailədə zorakılıq – Tədqiqatın n...

  • 06 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Tehran rejiminə Zəngəzur kabusu – “Foks Nyus”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Tehran rejiminə Zəngəzur kabusu – “Foks Nyus”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Tehran rejiminə Zəngəzur kabusu – “Foks Nyus”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda