• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

SOCAR-ın hesabatına iqtisadçı şərhləri

  • 05 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Şərh

İqtisadçılar Dövlət Neft Şirkətinin (SOCAR) 2020-ci il üzrə maliyyə hesabatını şərh edib.

SOCAR neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur.

Dövlət Neft Şirkətinə Rövnəq Abdullayev prezidentlik edir. 2020-ci il noyabrın 5-də qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2021-ci il yanvarın 23-də SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.

Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, 2019-cu ili 651 milyon manat xalis mənfəətlə başa vuran SOCAR 2020-ci ildə 1 milyard 734 milyon manat zərərə düşüb: “Şirkətin qısamüddətli xarici borcu 5,9 milyard manatı ötür, cəmi borcu 11 milyard 219 milyon manatdır. Bununla yanaşı ötən il SOCAR Azərbaycan Beynəlxalq Bankından 559 milyon manat, Maliyyə Nazirliyindən 354 milyon manat borc götürüb. Bundan əlavə SOCAR-ın 31 dekabr 2020-ci ilə Azərbaycan İnvestisiya Şirkətinə 175 milyon manat, Dövlət Neft Fonduna 2 milyard 960 milyon manat borcu yaranıb”.

Rövşən Ağayev qeyd edir ki, SOCAR 2020-ci ili 1 milyard 437 milyon manat zərərlə başa vurub: “Bu, mənfəət vergisindən öncəki zərər məbləğidir. Əvvəlki ildə 1,3 milyard manatdan çox mənfəət olmuşdu. Zərərin belə kəskin artımı digər əməliyyat xərclərinin 3 dəfədən çox artaraq 605 milyon manatdan 1,9 milyard manata çatmasından doğur. Hesabatdan görünən budur ki, bu xərclərin artımı əsasən aktivlərin dəyərsizləşməsi xərclərinin əhəmiyyətli dərəcədə artımının, 268 milyon manatdan təxminən 1,7 milyard manata yüksəlməsinin nəticəsidir.

Diqqəti çəkən başqa bir məqam cari öhdəliklərin xeyli artımıdır. 2019-cu ildə cari aktivlər cari öhdəlikləri 11 faiz üstələdiyi halda 2020-ci ildə cari öhdəliklər cari aktivləri 13 faiz üstələyib. Cari öhdəliklərin məbləği 20 faiz artaraq 20,6 milyard manata çatıb. Bu artımlarda qısamüddətli borc öhdəliklərinin və uzunmüddətli borcların cari hissəsinin 1,3 milyard manat artması da rol oynayıb.

2020-ci il ərzində şirkətin məcmu kapitalı 10 faiz azalıb. Bu azalma SOCAR-ın əvvəlki illərdən toplanmış 7,6 milyard manat bölüşdürülməmiş mənfəətinin əriməsi hesabına baş verib.

Bölüşdürülməmiş mənfəətin belə kəskin azalmasının iki səbəbi var: SOCAR-ın 2020-ci ildə mənfəət vergisi üzrə xərc də nəzərə alınmaqla 1 milyard 750 milyon manat məbləğində ümumi zərəri bu mənbə hesabına qapadılıb və şirkət 2020-ci il ərzində hökumətin sosial layihələrinə 442 milyon manat dəstək verib.

Amma SOCAR özü də hökumətdən dəstək alıb. Məsələn, 2020-ci il ərzində şirkətin nizamnamə kapitalına 52 milyon manat qoyulub, Maliyyə Nazirliyi isə şirkətə son qaytarılma müddəti 2029-cu il olmaqla 139 milyon manat borc verib”.

Dövlət Neft Şirkətinin mərkəzi ofisi Bakı şəhərində yerləşir. 2016-cı ildə istifadəyə verilən bina 40 mərtəbədən ibarətdir.

Koronavirusun çaşqınlıq yaratmış ən yeni variantı ...

  • 05 İyul 2021
  • comments

Virusla davranış

  • 05 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda