• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Robert Köçəryan seçkidən şikayət verdi

  • 02 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın başçılıq etdiyi blok iyulun 2-də Konstitusiya Məhkəməsinə müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisinin rəsmi nəticələrinin ləğvi istənir.

Proporsional sistemin tətbiq olunduğu 20 iyun seçkisinə 21 siyasi partiya, 4 blok qatılıb. İyunun 27-də Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini təsdiqləyib. 107 nəfərlik yeni parlamentdə hökumət başçısı Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının 71 mandatla təmsil olunacağı açıqlanıb.

İkinci prezident Robert Köçəryanın, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəm olduğu Ermənistan bloku 29, üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” bloku 7 mandat alıb.

Seçkinin rəsmi nəticələri Nikol Paşinyana yenidən hökumət qurmaq imkanı verir.

2017-ci il aprelin 2-də Vətəndaş Sazişi Partiyasının daxil olduğu “Çıxış” bloku qanunverici orqana 9 mandat qazanıb.

2018-ci il aprelin 9-da Ermənistan parlament idarə üsuluna keçib: icra hakimiyyətinin ali orqanı funksiyası Nazirlər Kabinetinə, dövlət idarəçiliyinə rəhbərlik baş nazirə ötürülüb.

2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində onun liderlik etdiyi blok qalib gəlib, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.

2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub.

Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.

1954-cü il təvəllüdlü Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edərək ərazidə özünü “müstəqil dövlət” sayan rejim qurub.

Azərbaycanın 2020-ci il sentyabrın 27-dən apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşması nəticəsində ərazilərin böyük hissəsi azad olunub.

Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 43 kəndi, Ağdərə şəhəri, keçmiş Ağdərə rayonunun 35 kəndi, Ermənistana gedən yolun keçdiyi Laçın şəhəri, rayonun 6 kəndi ermənilərin və bölgədə atəşkəsə məsul olan Rusiya hərbi kontingentinin nəzarətindədir.

Ali Məhkəmə məhbus jurnalistin cəzasını azaltdı

  • 02 İyul 2021
  • comments

Mehman Əliyev media qanunu layihəsini dərc etməyə ...

  • 02 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda