• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsində Azərbaycan işləri

  • 02 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 8-də Azərbaycandan şikayətlər üzrə yeni qərarlar elan edəcək. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, Elnur Məmmədov və İdrak Abbasovun şikayəti 2009-cu ilin olayı ilə bağlıdır. Hər iki ərizəçi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı olub. Onlar “Milli yol” qəzetinin ofisində polis əməliyyatı zamanı bilgi toplamağa gediblər. Ərizəçilər çəkiliş apararkən mülki geyimli şəxslərin fiziki müdaxiləsi ilə üzləşib, Elnur Məmmədov zorla avtomobilə mindirilib və 1 saatdan sonra tanımadığı ərazidə sərbəst buraxılıb.

Ərizəçilər Daxili İşlər Nazirliyinə müraciətdə jurnalist fəaliyyətlərinə əngəl yaradılmasına, Elnur Məmmədovun azadlıq və toxunulmazlıq hüququna müdaxiləyə görə cinayət işi açılmasını istəyiblər. Müraciət rədd olunub, yerli məhkəmələr də bunu qanuni və əsaslı sayıb.

Ərizəçilər Avropa Məhkəməsi qarşısında Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan azadlıq və toxunulmazlıq, ifadə azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusu məsələlərini qaldırıblar.

Əli Həsənov şikayətində ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusuna məruz qaldığını iddia edib. Ərizəçi jurnalistdir. O, müharibə veteranı haqda yazılara görə məhkum edilib. Əli Həsənov yazıların müəllifi olmadığını bildirib, ancaq təhqir ittihamı ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

Solmaz Salmanovanın şikayəti mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu əhatə edir. Bakı Şəhər İcra Hakimiyyəti ərizəçiyə mənzil verib, ancaq evi məcburi köçkünlər tutub. Yerli məhkəmələr ərizəçinin mənzilə yerləşməsini köçkünlər öz yurd-yuvalarına qayıdana qədər təxirə salıb.

Solmaz Orucova və Eyyub Tahirovun şikayətlərində də mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu iddia olunur. Ərizəçilərin mülkləri sökülüb, onlara ya təzminat verilməyib, ya da tam verilməyib, yerli məhkəmələrə şikayətlər isə nəticəsiz qalıb.

Hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub.

Delta variantına ən çox kimlər yoluxur? – CNBC kan...

  • 02 İyul 2021
  • comments

Pensiya yenilikləri son oxunuşdan keçdi

  • 02 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda