• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qiymətlərin şurası

  • 01 İyul 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Novator.az Tarif (qiymət) Şurası barədə arayışı təqdim edir.

Əsasnaməsi prezidentin 26 dekabr 2005-ci il fərmanı ilə təsdiqlənən Tarif Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərə (tariflərə), xidmət haqlarına, yığımlara məsul kollegial icra hakimiyyəti orqanıdır. İqtisadiyyat nazirinin sədrlik etdiyi qurumda Maliyyə, Ədliyyə, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Gömrük, Dövlət Şəhərsalma və Arxitektura komitələrinin yüksək rəsmiləri təmsil olunur.

Şuranın dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərin tənzimlənməsi; qanunvericiliyin pozulması yolu ilə təyin edilmiş qiymətlərin tətbiqinin dayandırılması haqqında qərar qəbul etmək; tənzimlənən qiymətlərə əsaslı təsir göstərən xərclərin azaldılmasına dair təkliflər vermək; ayrı-ayrı istehlakçı qruplar, müəssisə və təşkilatlar, investorlar üçün qiymətlər üzrə güzəştlərin verilməsinə, habelə limit və normaların müəyyənləşdirilməsinə dair təkliflər hazırlamaq kimi vəzifələri var.

Öz vəzifələrini həyata keçirmək üçün Tarif Şurasına dövlət orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan şuranın səlahiyyətlərinə aid olan məsələlərlə bağlı zəruri sənədlər və məlumatlar almaq; şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və mənfi halların aradan qaldırılması üzrə zəruri tədbirlər həyata keçirmək; şuranın qərarının dayandırılması, onun müddətinin uzadılması üzrə qərar qəbul etmək kimi hüquqlar verilib.

Şuranın gündəliyinə daxil edilmiş sənədlər adi hallarda 5 gün, təcili olduqda isə 2 gün müddətində üzvlərə təqdim olunmalı və məsələyə iclasda baxılmalıdır. İclaslar azı 8 nəfər iştirak etdikdə baş tutmuş sayılır, səsvermə açıq şəkildə keçirilir, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin səsi həlledicidir.

2005-ci ildə Tarif Şurası yaradılanda qurumun Katibliyinin işçiləri dövlət qulluqçusu sayılıb, işçilərin say həddi 33 vahid müəyyən edilib. Prezidentin 14 yanvar 2019-cu il fərmanı Tarif Şurasının Katibliyinin ləğvini və onun fəaliyyətinin ictimai əsaslarla həyata keçirilməklə yenidən qurulmasını nəzərdə tutub.

Manatın xərci 2,7 milyard dolları ötüb

  • 01 İyul 2021
  • comments

“Sürprizlər istisna deyil”

  • 01 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda