• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyanın qələbəsi rəsmiləşdi

  • 27 İyun 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 20-də keçirilmiş parlament seçkisinin nəticələrini təsdiqləyib. Novator.az-ın məlumatına görə, qərar iyunun 27-də qəbul olunub.

Hökumət başçısı Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının 658 min 761 səslə qalib gəldiyi bildirilir. Parlamentdə həmçinin ikinci prezident Robert Köçəryanın, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəm olduğu Ermənistan bloku (269 min 481 səs), üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” bloku (66 min 650 səs) təmsil ediləcək.

Hesabata əsasən, 107 nəfərlik yeni parlamentdə Vətəndaş Sazişi Partiyasının 71, Ermənistan blokunun 29, “Qürurluyam” blokunun 7 mandatı olacaq.

Proporsional sistemin tətbiq olunduğu seçkiyə 21 siyasi partiya, 4 blok qatılmışdı.

Seçkinin rəsmi nəticələri Nikol Paşinyana yenidən hökumət qurmaq imkanı verir.

2017-ci il aprelin 2-də Vətəndaş Sazişi Partiyasının daxil olduğu “Çıxış” bloku qanunverici orqana 9 mandat qazanıb.

2018-ci il aprelin 9-da Ermənistan parlament idarə üsuluna keçib: icra hakimiyyətinin ali orqanı funksiyası Nazirlər Kabinetinə, dövlət idarəçiliyinə rəhbərlik baş nazirə ötürülüb.

2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində onun liderlik etdiyi blok qalib gəlib, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.

2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub.

Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.

Ermənistanda hökumətin strukturu qanunla müəyyən olunur, baş naziri və Nazirlər Kabinetinin başqa üzvlərini prezident təyin edir. Hazırda prezident postunu Armen Sərkisyan tutur. O, 2018-ci il martın 2-si parlamentdə prezident seçilib, aprelin 9-da səlahiyyətlərinin icrasına başlayıb.

İqtisadiyyat Nazirliyi necə yenilənir?

  • 26 İyun 2021
  • comments

Diplomatiyada yeni era: Türkiyəni dəstəkləyən qali...

  • 28 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda