İyunun 26-da prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin fəaliyyətini təkmilləşdirməyə fərman verib. Nazirliyin işçilərinin say həddi 4394 ştat vahidi (xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin aparatları istisna olmaqla) müəyyən edilib. Bölgü belədir: Aparatın işçilərinin say həddi 409 ştat vahidi, strukturuna daxil olan Çağrı Mərkəzinin işçilərinin say həddi 55 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 86 ştat vahidi; Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidi, strukturuna daxil olan qurumların işçilərinin say həddi 2460 ştat vahidi; Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi 260 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 376 ştat vahidi; Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi.
Fərman İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs; “Tikilməkdə olan obyektlər müdiriyyəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmasını, “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nazirliyin tabeliyinə verilməsini, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin ləğvini də nəzərdə tutur.
Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində bu publik hüquqi şəxslər qurulur: Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi”; Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”; İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyinə verilir.
Təlim-Tədris Mərkəzinin əsasında “Təlim Tədris Mərkəzi” publik hüquqi şəxs qurulur.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, habelə “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə keçir.
Novator.az bildirir ki, İqtisadiyyat Nazirliyi 2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi adı ilə yaradılıb. 2013-2016-cı illərdə İqtisadiyyat və Sənaye Nazirliyi adlanıb. 2019-cu il oktyabrın 23-dən İqtisadiyyat Nazirliyinin strukturu belə müəyyən olunub: Aparat (şöbələr və sektorlar); Dövlət Vergi Xidməti; Əmlak Məsələləri Dövlət Xidməti; Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti; regional bölmələr; Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları. Həmin gündən iqtisadiyyat naziri vəzifəsini Mikayıl Cabbarov tutur.
Nazirliyin inzibati binası Bakıda, Heydər Əliyev prospekti, 155-də yerləşir.