• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təltiflər içində

  • 24 İyun 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 1918-ci ilin həmin günü Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk ordu hissəsi – əlahiddə Azərbaycan korpusu yaradılıb.

Azərbaycan Konstitusiyasına görə, Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.

Prezident İlham Əliyev iyunun 24-də bir qrup hərbçini “Füzulinin azad olunmasına görə”; “Xocavəndin azad olunmasına görə”; “Zəngilanın azad olunmasına görə”; “Cəbrayılın azad olunmasına görə”; “Qubadlının azad olunmasına görə”; “Şuşanın azad olunmasına görə”; “Ağdamın azad olunmasına görə”; “Kəlbəcərin azad olunmasına görə”; “Laçının azad olunmasına görə”; “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edib.

Sərəncam 1

Sərəncam 2

Sərəncam 3

Sərəncam 4

Sərəncam 5

Sərəncam 6

Sərəncam 7

Sərəncam 8

Sərəncam 9

Sərəncam 10

“Suqovuşanın azad olunmasına görə” medalı alanların arasında Novator.az-da haqqında yazı getmiş qazi, baş leytenant Hüseyn Ələkbərli də var. O, 2020-ci il dekabrın 18-də “Cəsur döyüşçü” medalı ilə də təltif olunub.

Tank bölüyünün komandiri olan 1995-ci il təvəllüdlü Hüseyn Ələkbərli 2020-ci ilin Vətən müharibəsində, sentyabrın 29-da cəbhənin Ağdərə istiqamətində ağır kontuziya, çoxsaylı qəlpə yaraları alıb, uzun müddət müxtəlif hospitallarda müalicə olunub, hazırda reabilitasiya kursu keçir.

Hüseyn Ələkbərli ehtiyatda olan polis mayoru, 1988-1994-cü illərdə Qarabağ cəbhəsində döyüşmüş, 1991-ci ildə Şuşanın Nəbilər kəndində başından güllə yarası almış Elxan Ələkbərovun oğludur.

2020-ci il oktyabrın 3-də Yuxarı Qarabağ bölgəsindəki Madagiz kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib. Oktyabrın 7-də kənd Suqovuşan adlandırılıb.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

“Gülüstan” yenilənib

  • 24 İyun 2021
  • comments

Kim uzaq gedər?

  • 24 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Anım
  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda