• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnternetdə yayım: lisenziya məsələsi ilə bağlı yeni açıqlama

  • 23 İyun 2021
  • comments
  • hikmet
  • Posted in AktualŞərh

Prezidentin 12 yanvar 2021-ci il fərmanı ilə “Media haqqında” qanun layihəsi hazırlanır. İyunun 17-də APA-nın Milli Televiziya və Radio Şurasına istinadla yaydığı xəbərdə bildirilib ki, qanun layihəsi internet televiziya kanallarının lisenziyalaşdırılması sistemini də nəzərdə tutur, iki şərt qoyulur: internet televiziya kanalı özünün saytından yayım aparmalı və yayım gün ərzində 6 saatdan az olmamalıdır.

Bu yenilik anonsu etirazla qarşılanıb. Media ekspertləri qeyd edib ki, öz domenində yayım aparan internet kanalının lisenziya alması tələbi Avropa İnsan Hüquqları Konvensiyasına ziddir, lisenziya yalnız milli tezlik resurslarından istifadə edən yayımçılara şamil oluna bilər, internetdən yayım imkanları limitsiz olduğundan onun lisenziyalaşması tələbi absurddur.

İyunun 21-də Milli Televiziya və Radio Şurasından İkisahil.az-a verilən açıqlamada qeyd olunub ki, “Media haqqında” qanun layihəsində televiziya və radio yayımı sahəsində lisenziyaların artması yox, azalması gözlənir: “İndiki qanunvericiliyə görə, Milli Televiziya və Radio Şurası 11 növ lisenziya verir. “Media haqqında” qanun layihəsində 10 lisenziya yer alır. Onların arasında internet televiziya və ya internet radio yayımı üçün lisenziya mövcud deyil. Platforma yayımçısı lisenziyası var, bu da həmin yayımçıların müxtəlif yayım platformalarına daxil olmaq istəyi ilə əlaqədardır. Bir sıra internet televiziya və radio kanalı müasir yayım operatorlarının paketlərində təmsil olunmaq və lisenziya almaq üçün şuraya müraciət edib. Qanunvericilik imkan vermədiyindən biz bu məsələyə baxa bilmirik. “Media haqqında” qanun layihəsində belə bir imkan nəzərdə tutulur. Qanun reallaşsa, həmin kanallara platforma yayımçısı lisenziyası verərək onlara tezlik və peyk tutum resursu tələb etməyən yayım ortamından yayım aparmaq imkanları tanımış olarıq. İnternetdə yayım aparan yayımçıların bu platformalara düşməsi üçün minimal tələblər müəyyən olunur, bu da onların öz saytından yayım aparması və bu yayımın gün ərzində minimum 8 saat olmasıdır. Əks halda platforma operatorlarının onları öz yayım paketlərinə salmasının heç bir əhəmiyyəti olmayacaq.

Platforma yayımçısı kimi lisenziya almaq istəməyən, yaxud platforma yayımçısı kimi müəyyən olunan tələblərə cavab verməyən internet televiziya və ya radio kanalları yenə də sərbəst fəaliyyət göstərə biləcəklər. Ancaq onlar media subyekti kimi tanınmayacaq və media reyestrinə daxil edilməyəcək”.

Novator.az bildirir ki, Milli Televiziya və Radio Şurası 2002-ci ildə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən 9 nəfərlik şuranın üzvlərini prezident təyin edir.

Hazırda şuraya İsmət Səttarov sədrlik edir.

Bizi yeni viruslar gözləyir – “The Guardian”

  • 23 İyun 2021
  • comments

Döyüş təlimində

  • 23 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Baydenin yalan dolu mirası – “Wall Street Journal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetYazarlar

Tramp hansı sabiqləri mühafizəsiz qoyub?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət
  • Texnologiya

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Baydenin yalan dolu mirası – “Wall Street Journal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetYazarlar

Tramp hansı sabiqləri mühafizəsiz qoyub?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda