• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Döyüş təlimində

  • 23 İyun 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Naxçıvan Qarnizonu Qoşunları iyunun 21-dən Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlim keçirir. Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iyunun 22-də təlimi izləyib: “Əlahiddə Ümumqoşun Ordusunun video formatlı konfransına qatılan birləşmə və hissə komandirləri əvvəlcədən göndərilmiş döyüş sərəncamına uyğun olaraq yaranmış vəziyyəti məruzə ediblər. Təlim mərkəzində düşmənin artilleriya batareyasını təqlid edən batareya ön xətt bölmələrimizə atəş zərbələri endirib. Düşmənin bu fəaliyyəti “Bayraktar-TB2” pilotsuz uçuş aparatından izlənərək artilleriya batareyasının koordinatları döyüşü idarəetmə mərkəzindən artilleriya bölmələrinə ötürülüb. Hərəkətdə olan düşmən kolonunu aşkar edən xüsusi təyinatlı qrupumuz pilotsuz uçuş aparatı ilə əlaqə yaradaraq qrupun istiqamətləndirilməsini, yaxınlaşan düşmənin tərkibini, kolonun düzülüş ardıcıllığını, yaxınlıqda olan düşmənin digər bölmələrinin fəaliyyətini öyrənib. Eyni zamanda qrupa doğru hərəkət edən helikopterlə xüsusi təyinatlı qrup arasında qarşılıqlı əlaqə yaradılıb.

Coğrafi Analiz Sistemindən istifadəyə başlanıb. Türkiyənin “PİRİREİS” informasiya texnologiyaları şirkətinin texniki müdiri Adil Yoltay bildirib ki, sistem obyektləri yüksək görüntü keyfiyyəti ilə və dəqiq koordinatlarla, üçölçülü formatda təqdim edir.

Sonra artilleriya batareyasının taktiki təlimində atəş mövqeyini tutmaq üçün hərəkətdə olan batareyanın düşmənin artilleriya atəşinə məruz qaldıqda göstərəcəyi praktik fəaliyyəti izlənib. Düşmənin müdafiə dərinliyimizə sızıb keçmiş kəşfiyyat diversiya qrupunun Daxili Qoşunların əlahiddə əməliyyat briqadasının bölmələrinin pilotsuz uçuş aparatının köməyi ilə aşkar və məhv edilməsi üçün qarşılıqlı əlaqədə fəaliyyəti icra olunub.

Sərhəd pozuntusu barədə məlumat alındığı andan sərhəd bölgəsində pilotsuz uçuş aparatı ilə sərhəd pozucularının yeri aşkar edilib, koordinatları müəyyən edildikdən sonra məlumat “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandanlığına ötürülüb. Çevik hərəkət taboru bölməsi helikopterlə əraziyə endirilərək sərhəd pozucularını zərərsizləşdirib”.

Təlim iyunun 23-də başa çatır.

İnternetdə yayım: lisenziya məsələsi ilə bağlı yen...

  • 23 İyun 2021
  • comments

22-ci ilin 15-i

  • 23 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”: haçalanma və müəmma böyüyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

GLOBALS:0
comments
AktualManşetXəbər

“Dorian Qreyin portreti” faciəsi – Heydər Əliyev sarayında

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın orta maaş statistikası

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”: haçalanma və müəmma böyüyür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Baş nazir sabiqlərin ipini kəsir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda