• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şuşa qoruğu: qanun və fərman imzalandı

  • 22 İyun 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunu imzalayıb. Novator.az bildirir ki, qanuna əsasən, Azərbaycanın mədəniyyət paytaxtının inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır.

Qoruğun ərazisi Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələridir, şəhərin inzibati sərhədlərinə bitişik yerləşən və onunla bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə mühafizə zonasının sərhədləri müəyyən edilir.

Dövlət başçısının 22 iyun fərmanı ilə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılıb. İdarənin nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

İdarənin fəaliyyətinə nəzarəti prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi həyata keçirəcək.

Şuşa şəhərində yerləşən idarənin fəaliyyət istiqamətləri belə müəyyən edilib: abidələrin həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək; Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək; müvafiq ərazidə mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərini təşviq etmək; Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyəti sədrdən və onun 2 müavinindən ibarətdir. İdarə Heyətinin sədri prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsinin təqdimatı əsasında vəzifəyə təyin edilir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnaməsi

Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri 1992-ci il mayın 8-dən 2020-ci il noyabrın 8-dək erməni işğalı altında olub.

Şuşa rayonu Şuşa şəhərindən, 1 qəsəbə və 37 kənddən ibarətdir.

Hazırda Şuşanın Daşaltı kəndi də Azərbaycanın nəzarətindədir. 36 kənd, eləcə də Turşsu qəsəbəsi işğalda və bölgədə atəşkəsə məsul olan Rusiya sülhməramlılarının əlindədir.

2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.

2021-ci il yanvarın 27-də Aydın Kərimov prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub.

2021-ci il mayın 7-də sərəncam imzalayan prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib.

“Təmiz Şəhər” Şuşaya da məsul edildi

  • 22 İyun 2021
  • comments

Satınalmalar qanunu yeniləndi, məsuliyyət müəyyən ...

  • 22 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Mədəniyyət
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda