• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şərəfli ömür nümunəsi

  • 17 İyun 2021
  • comments
  • hikmet
  • Posted in AktualTribuna

AXCP funksioneri Fuad Qəhrəmanlı mərhum siyasətçi İbrahim İbrahimlidən yazıb: “Xəstəliyi ilə əlaqədar yanında olanda o qədər məğrur, nikbin idi sanki yüngül soyuqdəyməsi var. 30 ildən artıq yorulmadan demokratiya, azadlıq uğrunda apardığı mübarizədə necə inamlı və nikbin idisə, zalım rejimin qarşısında necə cəsarətlə, qətiyyətlə dayanırdısa çarəsiz xəstəliyin qarşısında da eyni qürur və əyilməzlik göstərirdi.

Onu orta məktəb şagirdi olduğum vaxtlarda, Naxçıvan mitinqlərində çıxışlarından tanıyırdım. Sonradan Oqtay Gülalıyevlə birlikdə AXC Gənclər Komitəsini yaratmağa başlayanda bir neçə dəfə görüşüb danışmaq imkanımız oldu. Əbülfəz Elçibəy Kələkidə idi və İbrahim bəy AXC sədrinin birinci müavini kimi repressiya hədəfinə çevrilmiş təşkilata rəhbərliyi öz üzərinə götürmüşdü.

AXC hakimiyyətinin süqutundan sonra parlamentdə xalqın sözünü deyən, mövqeyindən bir addım da olsun geri çəkilməyən İbrahim bəy irticaya qarşı kəsərli çıxışları ilə əfsanələşmişdi.

O, həyatının son günlərinə qədər prinsipial, ləyaqətli mübarizəsi, dürüst və vicdanlı həyat tərzi ilə şərəfli ömür nümunəsi yaratdı. Uğrunda mübarizə apardığı demokratik dəyərlərin qələbəsini görməsə də, bu yolda sonadək mücadilə edib qələbə qazanmaq əzmində olan insanlara, əqidə dostlarına şərəfli bir nümunə qoyub getdi”.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli iyunun 16-sı onkoloji xəstəlikdən vəfat edib.

Novator.az bildirir ki, milli azadlıq hərəkatının (1988-1991) öncül şəxslərindən olan İbrahim İbrahimli 1990-1995-ci illərdə parlamentdə təmsil edilib. Azərbaycan Xalq Cəbhəsi (AXC) İcraiyyə Komitəsinin sədri, AXC sədrinin birinci müavini postlarını tutub, Müsavat Partiyasının rəhbərliyində yer alıb. 2003-2005-ci illərdə həbsdə yatıb.

2021-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin 30 ili tamam olur. 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

Dövlət müstəqilliyinə aid daha bir gün var. 1991-ci il martın 7-si parlamentdə “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbul olunub. 43 deputat 17 mart referendumuna qatılmağın əleyhinə çıxıb. Onların biri İbrahim İbrahimlidir.

İbrahim İbrahimli vəfat edib

İbrahim bəy

Hədəf və əsl hədəf

  • 17 İyun 2021
  • comments

Evdən, yoxsa ofisdən işləmək yaxşıdır? – “Th...

  • 17 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
AktualDünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Anım
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
AktualDünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda