İyunun 17-də prezident İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılmasına fərman verib. Nizamnaməyə görə, fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsidir. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Qurumun fəaliyyətinə cari rəhbərliyi sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Nazirlər Kabineti 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etməli, təhsil tələbə kreditlərinin verilməsi qaydasını bir ay müddətində təsdiqləməlidir.