• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Püşk Azərbaycan klublarına kimləri qismət etdi?

  • 16 İyun 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

2021-2022-ci illər mövsümündə ilk dəfə keçiriləcək UEFA Konfrans Liqasında Azərbaycanı “Keşlə”, “Qarabağ” və “Sumqayıt” komandaları təmsil edir. Onlar turnirə ikinci mərhələdən (22-29 iyul) başlayır. Novator.az-ın məlumatına görə, iyunun 16-da atılan püşk “Keşlə”yə Rusiyadan “Soçi”ni, “Qarabağ”a İsraildən “Aşdod”u, “Sumqayıt”a Serbiyadan “Çukariçki”ni qismət edib.

Belçikadan “Anderlext”, Avstriyadan LASK, Yunanıstandan PAOK, Portuqaliyadan “Paşuş de Ferreyra”, Niderlanddan “Vitess”, Rusiyadan “Rubin”, Ukraynadan “Kolos” (Kovalyovka), Türkiyədən “Trabzonspor”, İsveçrədən “Lüsern” üçüncü mərhələdən (5-12 avqust) start götürür.

Dördüncü mərhələyə (19-26 avqust) İtaliyadan “Roma”, İngiltərədən “Tottenhem”, Fransadan “Renn”, Almaniyadan “Union Berlin” buraxılıb

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən Bakının “Neftçi” komandasına 6-14 iyulda keçiriləcək birinci raundda Gürcüstandan “Dinamo” (Tbilisi) rəqib olub. Bu mərhələni keçəcəyi halda bakılılar ikinci raundda (20-28 iyul) Yunanıstandan “Olimpiakos”la üz-üzə gələcək.

Üçüncü mərhələdə (3-10 avqust) “Neftçi”nin Çexiyadan “Slaviya”, Şotlandiyadan “Reyncers”, dördüncü mərhələdə (17-25 avqust) Avstriyadan “Zalsburq”la görüşməsi mümkündür.

İspaniyadan “Atletiko”, “Real”, “Barselona”, “Sevilya”, “Vilyarreal”, İngiltərədən “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, Almaniyadan “Bavariya”, “Leypsiq”, “Borussiya” (Dortmund), “Volfsburq”, İtaliyadan “İnter”, “Milan”, “Atalanta”, “Yuventus”, Fransadan “Lill”, PSJ, Portuqaliyadan “Sportinq”, “Portu”, Rusiyadan “Zenit”, Belçikadan “Brügge”, Ukraynadan “Dinamo”, Niderlanddan “Ayaks”, Türkiyədən “Beşiktaş” qrup raundunda (14 sentyabr-8 dekabr) yer alırlar.

Birinci mərhələdə ələnəcəyi halda “Neftçi” Konfrans Liqasına köçərək turnirin ikinci raundunda “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) cütlüyünün məğlubu ilə görüşəcək.

2021-2022-ci illər mövsümündə Avropanın klub turnirlərinə 55 UEFA üzvünün 237 komandası buraxılıb. Çempionlar Liqasında 80, Avropa Liqasında 21, Konfrans Liqasında 136 komanda var.

Çempionlar Liqasının ilkin və birinci mərhələlərində ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərində ələnən və qrup mərhələsində üçüncü yeri tutan komandalar Avropa Liqasına köçür.

Avropa Liqasının təsnifat raundlarında ələnən və qrup mərhələsində üçüncü yeri tutan komandalar Konfrans Liqasına transfer olunur.

Zirvə toplantısında çıxış

  • 16 İyun 2021
  • comments

“Dini etiqad azadlığı haqqında” qanun yeniləndi

  • 16 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda