• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Subsidiya qaydası sərtləşdi

  • 14 İyun 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası yenilənib. Prezidentin 27 iyun 2019-cu il fərmanı ilə təsdiqlənən qayda kənd təsərrüfatında çalışan fiziki və hüquqi şəxslərə dövlət subsidiyaları verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. Bu işə Aqrar Subsidiya Şurası məsuldur. 7 nəfərlik şuraya Kənd Təsərrüfatı Nazirliyindən 2 nəfər, İqtisadiyyat Nazirliyindən 1 nəfər, Maliyyə Nazirliyindən 1 nəfər, Dövlət Statistika Komitəsindən 1 nəfər, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından 1 nəfər və yerli fermerlər assosiasiyasından 1 nəfər daxildir, rəhbərliyi kənd təsərrüfatı naziri həyata keçirir.

Subsidiyaların verilməsinə dair müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydə alınır. Novator.az bildirir ki, prezidentin 12 iyun 2021-ci il fərmanı ilə rəsmiləşən dəyişiklik Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə yanlış məlumat daxil edilməsinə görə məsuliyyət nəzərdə tutur. Yeniliyə əsasən, fermerin sistemə bilərəkdən yanlış məlumatlar daxil etməklə subsidiya alması və ya hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməsi aşkar edildikdə inzibati məsuliyyət yaranır.

Hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 il müddətinə subsidiya ödənmir.

İnzibati Xətalar Məcəlləsinə əlavə olunan uyğun maddəyə əsasən, fermerin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə bilərəkdən yanlış məlumat daxil etməklə subsidiya alması, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməsi xəbərdarlıq və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə ilə cəzalandırılır.

İsraildə yeni baş nazir

  • 14 İyun 2021
  • comments

Telefonlar münasibətlərə necə təsir edir? – ...

  • 14 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda