Dövlət Statistika Komitəsi elmi kadrların hazırlanması hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2021-ci ilin əvvəlinə Azərbaycanın 117 ali təhsil müəssisəsi və elmi təşkilatındakı doktoranturalarda 3187 nəfər təhsil alıb, onların 78,8 faizi fəlsəfə doktoru, 21,2 faizi elmlər doktoru proqramları üzrə oxuyub.
Hesabata əsasən, fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,8 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların 34,5 faizi 40 yaşadək şəxslər olub: “2019-cu illə müqayisədə fəlsəfə doktoru proqramı üzrə buraxılış 15,4 faiz, elmlər doktoru proqramı üzrə 28,8 faiz azalıb. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayında 12,8 faiz azalma, elmlər doktoru proqramı üzrə qəbul olanların sayında 10 faiz artım qeydə alınıb”.