• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Palatanın büdcə rəyi sual doğurur

  • 10 İyun 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Hesablama Palatası 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata rəy verib. Novator.az-ın məlumatına görə, rəyə nəzər salan iqtisadçı Rövşən Ağayev sual qoyur: “Palatanın rəyində qeyd olunur ki, 2020-ci ildə dövlət büdcəsinin sərbəst qalığından 201,9 milyon manat vergi orqanlarına və yerli icra hakimiyyəti qurumlarına ayrılıb. Bu ayırma üçün iki hüquqi əsas göstərilir: Vergi Məcəlləsinin 22-1-ci maddəsinə əsasən, vergi orqanlarına verilib (bu maddə vergi orqanlarının maliyyə sanksiyalarına görə daxilolmalardan pay götürməsini rəsmiləşdirir); yerli icra hakimiyyətlərinə köçürmə edilib (prezidentin 3 iyun 2019-cu ildə təsdiqlədiyi qaydalara əsasən, rayon və şəhərlərdə proqnozdan artıq toplanan büdcə daxilolmalarının 50 faizi yerli icra hakimiyyətlərinin büdcədənkənar fondlarına gedir).

“Büdcə sistemi haqqında” qanunun 19.5-ci maddəsi isə sərbəst qalığın istifadəsi istiqamətlərini və təyinatını çox dəqiq göstərir: büdcə kəsirinin maliyyələşdirilməsi; müdafiə olunan xərc maddələrinin (əməkhaqqı, pensiya, dövlət borcu) maliyyələşdirilməsi – qanunda bu həcm üçün limit var; dövlət borcu və zəmanəti üzrə öhdəliklərin təminat fondu – qanunda bu həcm üçün limit yer alır.

Göstərilən istiqamətlər üzrə xərcləmələrdən sonra yerdə qalan vəsait idarəetməyə verilməli və Dövlət Neft Fonduna köçürülməlidir.

Yuxarıda qeyd olunan 201,9 milyon manat “Büdcə sistemi haqqında” qanundakı hansı istiqamətə uyğun gəlir? Hesablama Palatası nədən öz rəyində bu cür vacib məqamın üzərindən sükutla keçib?”

Milli Məclisin yaratdığı, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı olan Hesablama Palatasının icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına rəy vermək səlahiyyətləri də var.

Azərbaycanın müharibədən sonrakı uğurları – ...

  • 10 İyun 2021
  • comments

İslahat fürsəti

  • 10 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda