“Kredit ittifaqları haqqında” qanun yenilənir. Novator.az bildirir ki, parlamentin 8 iyun iclasında son oxunuşda qəbul olunan layihəyə görə, kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi də son oxunuşdan keçib. Yeniliyə əsasən, bank və ya bank olmayan kredit təşkilatının (kredit ittifaqı istisna olmaqla) mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna məlumatları qanunlarda müəyyən olunmuş qaydada təqdim etməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim etməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatdan 12000 manatadək məbləğdə cərimələnir.
Kredit ittifaqı eyni əmələ yol verəndə vəzifəli şəxslərə 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslərə 1000 manatdan 1200 manatadək məbləğdə cərimə düşür.