• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərhəddə diversiya cəhdi

  • 08 İyun 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 8-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu dövlət sərhədinin Laçın rayonu sahəsində Azərbaycan ərazisinə daxil olub: “Azərbaycan Ordusu bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

İlkin araşdırmalar göstərir ki, kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub. Qrupun saxlanan üzvü haqqında məlumatlar dəqiqləşdirilir”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində ərazilərin böyük hissəsi azad edilib.

Yuxarı Qarabağın bir hissəsi işğalda qalır. Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik rayonlarda mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri mayın 12-də Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.

Mayın 27-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin iki kəşfiyyat-diversiya qrupu Kəlbəcər rayonu sahəsində Azərbaycan sərhədini keçib, ərazidə minalama işləri və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Düşmənin 6 hərbi qulluqçu tərksilah edilərək saxlanıb.

İyunun 1-də Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə girərək mövqe tutublar. Azərbaycan silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkə ərazisindən çıxarılıb. Silah tətbiq edilməyib.

Yeni qayda, yeni cərimə

  • 08 İyun 2021
  • comments

Əlillik meyarları ilk oxunuşdan keçdi

  • 08 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda