• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistanda seçki qartalsız qaldı

  • 08 İyun 2021
0
SHARES
FacebookTwitterPinterest

Erməni Qartalları – Vahid Ermənistan Partiyası növbədənkənar parlament seçkisindən çəkilib. Novator.az-ın məlumatına görə, partiya lideri Xaçik Asryan iyunun 7-də Ermənistanın İctimai Televiziyasına deyib ki, ölkənin bir hissəsi işğal altına düşdüyü üçün normal parlament seçkisi keçirmək mümkün deyil. Seçkiyə 86 namizədlə qatılmış partiyanın lideri ictimaiyyəti azərbaycanlılara qarşı birləşməyə və ölkə ərazilərini azad etməyə çağırıb.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə olunmuş atəşkəs razılaşması nəticəsində ərazilərin böyük hissəsi azad edilib.

Yuxarı Qarabağın bir hissəsi işğalda qalır, Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.

Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik rayonlarda mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri mayın 12-də Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.

Hökumət başçısı Nikol Paşinyan seçkiyə sədrlik etdiyi Vətəndaş Sazişi Partiyası ilə gedir.

Deputat Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası, deputat Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası, birinci prezident Levon Ter-Petrosyanın sədrlik etdiyi Erməni Milli Konqresi də seçkiyə təkbaşına qatılıblar.

İkinci prezident Robert Köçəryan Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyası ilə birgə Ermənistan bloku yaradıb.

Üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə “Qürurluyam” blokunda birləşib.

Parlamentə düşməyə Demokrat Partiyası, Ədalətli Ermənistan Partiyası, Respublika Partiyası, Ümumerməni Milli Dövlətçilik Partiyası, Erməni Vətəni Partiyası, Milli Hədəf Partiyası, Avropa Partiyası, Vətəndaş Seçimi Sosial Demokrat Partiyası, Bizim Ev – Ermənistan Partiyası, Milli Demokratik Cinah Partiyası, Vahid Vətən Partiyası, Mühafizəkar Hərəkat Partiyası, Yüksəliş Partiyası, Liberal Partiya, Suveren Ermənistan Partiyası, Oyanış Partiyası, Azadlıq Partiyası, Azad Vətən bloku, Şirinyan-Babacanyan bloku da iddia edirlər.

Proporsional sistemlə keçiriləcək seçkidə parlamentə düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.

Azı 101 deputatdan ibarət olan Ermənistan parlamentinin səlahiyyət müddəti 5 ildir. Hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır. Bunun üçün parlament mandatlarının azı 54 faizini almaq gərəkdir.

Ermənistanın Seçki Məcəlləsinə görə, parlamentdə minimum üç siyasi qüvvə təmsil olunmalı, mandatların azı üçdə biri azlıqdakı qüvvələrə verilməlidir.

2018-ci il aprelin 9-da ölkə parlament idarə üsuluna keçib. Bu sistemə görə, icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərliyi baş nazir həyata keçirir. Nazirlər Kabineti üzvlərini baş nazirin təqdimatı ilə prezident təyin edir. Qubernatorların təyinatı baş nazirin səlahiyyətindədir.

Silahlı Qüvvələr hökumətə tabedir, baş nazir müharibə zamanı ali baş komandan olur.

2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.

2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürüb. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, növbədənkənar parlament seçkisi təyin edilib.

Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.

“Seçki saxtakarlığı təbii halımız deyil”

  • 08 İyun 2021

Koronavirus diaqnozu qoyulmayan da özünü yoluxmuş ...

  • 08 İyun 2021

Son materiallar

comments
ManşetXəbər

Deputatların təvəllüdü

comments
Xəbər

Yeni seçki, həmin adam

comments
Dünyanın səsiManşetXəbər

Londonda Putinin hədiyyəsini oğurlamaq istəyiblər

comments
Xəbər

Boşanmanın çox olduğu yerlər

Rəylər

Do not miss

comments
ManşetXəbər

Deputatların təvəllüdü

Son materiallar

comments
ManşetXəbər

Deputatların təvəllüdü

comments
Xəbər

Yeni seçki, həmin adam

comments
Dünyanın səsiManşetXəbər

Londonda Putinin hədiyyəsini oğurlamaq istəyiblər

comments
Xəbər

Boşanmanın çox olduğu yerlər

comments
Dünyanın səsiManşetŞərh

Putin milyonlarla insanı acından qırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
Xəbər

Bank sektorunun dörd ayı

comments
Xəbər

24 may qiyməti

comments
Xəbər

Formata dəstək, təkliflər

comments
ManşetTribunaYazarlar

“Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb”

comments
ManşetXəbər

Fəallığa çağırış

comments
Xəbər

Sərmayə statistikası

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə xəstə sayı

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
AktualManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
AktualManşetŞərh

Təklif və suallar

comments
Xəbər

Yeni həbs, tanış ittiham

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
Xəbər

Yoluxma, ölüm, peyvənd

comments
AktualManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
Xəbər

Beşlikdə son iki nöqtə

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

comments
Xəbər

Yeni mərkəzin rəhbərləri bəlli oldu

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda