• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukrayna yığmasının yeni geyimi, Rusiyanın narazılığı

  • 07 İyun 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

UEFA 16-cı Avropa futbol çempionatında iştirak edən Ukrayna milli komandasının yeni geyim formasını təsdiqləyib.

Novator.az saytı “Reuters” agentliyinə istinadla bildirir ki, yığma üzvlərinin köynəyində (futbolkalarda) Rusiyanın ilhaq etdiyi Krım da daxil olmaqla Ukraynanın xəritəsi həkk olunub, hərbi salamlama şüarları – “Yaşasın Ukrayna!” və “Yaşasın qəhrəmanlar!” yazılıb.

Ukrayna millisinin geyimi Rusiyada narazılıqla qarşılanıb. Rusiyalı deputat Dmitri Svişyev yeni formanı “siyasi təbliğat” adlandıraraq deyib ki, “Rusiya ərazisini Ukrayna xəritəsinə aid etmək” qanunsuzluqdur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə sosial şəbəkədə yaydığı açıqlamasında idman köynəyinə “Yaşasın Ukrayna!” və “Yaşasın qəhrəmanlar!” şüarlarının yazılmasını “alman nasizmi ilə həmrəyliyə çağırış” kimi qiymətləndirib.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib, ölkənin şərqindəki iki separatçı rejimin əli ilə Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edib.

16-cı Avropa futbol çempionatı iyunun 11-də start götürür. Ukrayna milli komandası C qrupunda Niderland, Avstriya, Şimali Makedoniya ilə yarışacaq. Qrupun oyunları Amsterdam və Buxarestə salınıb.



Mənbə: Reuters.com

Baş Prokurorluqdan mina açıqlaması

  • 07 İyun 2021
  • comments

UEFA-nın klub turnirlərinə 237 komanda buraxılır

  • 07 İyun 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Gənclər
  • İdman
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda