• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

UEFA-nın klub turnirlərinə 237 komanda buraxılır

  • 07 İyun 2021
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

2021-2022-ci illər mövsümündə Avropanın klub turnirlərinə 55 UEFA üzvünün 237 komandası buraxılır. Novator.az bildirir ki, Çempionlar Liqasında 80, Avropa Liqasında 21, Konfrans Liqasında 136 komanda var.

Çempionlar Liqasının ilkin və birinci mərhələlərində ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərində ələnən və qrup mərhələsində üçüncü yeri tutan komandalar Avropa Liqasına köçür.

Avropa Liqasının təsnifat raundlarında ələnən və qrup mərhələsində üçüncü yeri tutan komandalar Konfrans Liqasına transfer olunur.

Azərbaycanı Çempionlar Liqasında Bakının “Neftçi” komandası təmsil edir. Paytaxt klubu turnirə ilk ələmə raundundan (22-25 iyun) sonra – birinci mərhələdən (6-14 iyul) başlayır. Həmin raundda “Neftçi”yə Xorvatiyadan “Dinamo”, Bolqarıstandan “Ludoqorets”, İsveçdən “Malmö”, Rumıniyadan “Kluj”, Polşadan “Legiya”, Moldovadan “Şerif”, Macarıstandan “Ferensvaroş”, Şimali Makedoniyadan “Şkendiya”, Slovakiyadan “Slovan”, Gürcüstandan “Dinamo” (Tbilisi), Litvadan “Jalgiris” (Vilnüs), Estoniyadan “Flora”, Monteneqrodan “Buduçnost”, Qazaxıstandan “Kayrat”, Cəbəllütariqdən “Linkoln” rəqib ola bilər.

Yunanıstandan “Olimpiakos”, İsveçrədən “Yanq Boyz”, Serbiyadan “Srvena Zvezda” ikinci mərhələdəki (20-28 iyul) mümkün rəqiblərdir.

Üçüncü mərhələdə (3-10 avqust) “Neftçi”nin Çexiyadan “Slaviya”, Şotlandiyadan “Reyncers”, dördüncü mərhələdə (17-25 avqust) Avstriyadan “Zalsburq”la görüşməsi mümkündür.

İspaniyadan “Atletiko”, “Real”, “Barselona”, “Sevilya”, “Vilyarreal”, İngiltərədən “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, Almaniyadan “Bavariya”, “Leypsiq”, “Borussiya” (Dortmund), “Volfsburq”, İtaliyadan “İnter”, “Milan”, “Atalanta”, “Yuventus”, Fransadan “Lill”, PSJ, Portuqaliyadan “Sportinq”, “Portu”, Rusiyadan “Zenit”, Belçikadan “Brügge”, Ukraynadan “Dinamo”, Niderlanddan “Ayaks”, Türkiyədən “Beşiktaş” qrup raundunda (14 sentyabr-8 dekabr) yer alırlar.

Azərbaycanın Avropa Liqasında komandası yoxdur.

Konfrans Liqasındakı Azərbaycan təmsilçiləri “Keşlə”, “Qarabağ” və “Sumqayıt” turnirə ikinci mərhələdən (22-29 iyul) başlayır. Həmin raundda “Qarabağ”a İsveçrədən “Servett”, Yunanıstandan “Aris”, Belarusdan “Dinamo” (Brest), “Torpedo-BelAZ”, Slovakiyadan “Dunayska Streda”, İsraildən “Aşdod”, Norveçdən “Valerenqa”, İsveçdən “Hammarbü”, “Elfsborq”, “Haken”, Bolqarıstandan “Lokomotiv” (Plovdiv), “Arda”, Rumıniyadan “Sepsi”, Qazaxıstandan “Tobol”, “Şaxtyor”, Macarıstandan “Uypeşt”, Polşadan “Poqon”, “Rakov”, Litvadan “Panevejis” rəqib ola bilər.

“Keşlə” və “Sumqayıt”ın potensial rəqibləri arasında İsveçrədən “Bazel”, Danimarkadan “Kopenhagen”, Çexiyadan “Viktoriya”, “Slovatsko”, Belçikadan “Gent”, Qazaxıstandan “Astana”, Niderlanddan “Feyenoord”, Rumıniyadan “Styaua”, “Universitatya”, Yunanıstandan AEK, Serbiyadan “Partizan”, “Voyvodina”, “Çukariçki”, İsraildən “Hapoel” (Beer-Şeva), Belarusdan BATE, Norveçdən “Molde”, “Rusenborq”, Xorvatiyadan “Riyeka”, “Hayduk”, “Osiyek”, Kiprdən “Apollon”, AEL, Avstriyadan “Austria”, Portuqaliyadan “Santa Klara”, Bolqarıstandan SSKA, Lüksemburqdan “Düdelanj”, Rusiyadan “Soçi”, Şotlandiyadan “Aberdin”, “Hibernian”, Sloveniyadan “Olimpiya”, Ukraynadan “Vorskla”, Türkiyədən “Sivasspor”, Danimarkadan “Orxus”, Lixtenşteyndən “Vaduts” var.

Belçikadan “Anderlext”, Avstriyadan LASK, Yunanıstandan PAOK, Portuqaliyadan “Paşuş de Ferreyra”, Niderlanddan “Vitess”, Rusiyadan “Rubin”, Ukraynadan “Kolos” (Kovalyovka), Türkiyədən “Trabzonspor”, İsveçrədən “Lüsern” üçüncü mərhələdən (5-12 avqust) start götürür.

Dördüncü mərhələyə (19-26 avqust) İtaliyadan “Roma”, İngiltərədən “Tottenhem”, Fransadan “Renn”, Almaniyadan “Union Berlin” buraxılıb.

Ukrayna yığmasının yeni geyimi, Rusiyanın narazılı...

  • 07 İyun 2021
  • comments

Yoluxma və itki statistikası

  • 08 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda