• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan kimi seçir?

  • 07 İyun 2021
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

İyunun 7-si Ermənistanda növbədənkənar parlament seçkisinin təşviqat mərhələsi start götürüb. Təşviqatın son günü iyunun 18-nə, səsvermə iyunun 20-nə təyin edilib.

Novator.az bildirir ki, proporsional sistemlə keçiriləcək seçkidə parlamentə düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.

Azı 101 deputatdan ibarət olan Ermənistan parlamentinin səlahiyyət müddəti 5 ildir. Hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır. Bunun üçün parlament mandatlarının azı 54 faizini almaq gərəkdir.

Ermənistanın Seçki Məcəlləsinə görə, parlamentdə minimum üç siyasi qüvvə təmsil olunmalı, mandatların azı üçdə biri azlıqdakı qüvvələrə verilməlidir.

“Gallup İnternational Association” ictimai rəy təşkilatının Ermənistan nümayəndəliyinin apardığı son seçki sorğusuna əsasən, seçicilərin 22,4%-i hökumət başçısı Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasına səs vermək niyyətindədir.

Ermənistan bloku 20,6% dəstəklə ikinci yerdə gedir. Bu blokda ikinci prezident Robert Köçəryan, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyası birləşib.

Deputat Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası sorğuda 4,2% dəstək, üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” bloku 3,9% dəstək, deputat Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası 2,9% dəstək əldə edib.

2018-ci il aprelin 9-da ölkə parlament idarə üsuluna keçib. Bu sistemə görə, icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərliyi baş nazir həyata keçirir. Nazirlər Kabineti üzvlərini baş nazirin təqdimatı ilə prezident təyin edir. Qubernatorların təyinatı baş nazirin səlahiyyətindədir.

Silahlı Qüvvələr hökumətə tabedir, baş nazir müharibə zamanı ali baş komandan olur.

2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.

2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürüb. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, növbədənkənar parlament seçkisi təyin edilib.

Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.

Həm vergi, həm də seçki

  • 07 İyun 2021
  • comments

Baş Prokurorluqdan mina açıqlaması

  • 07 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda