• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsinin Azərbaycan qərarları müzakirədə

  • 07 İyun 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

İyunun 7-si Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Komitəsinin görüşü başlayır. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, görüşdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra durumu müzakirə olunacaq. Üç gün davam edəcək toplantıdan sonra 100-dən artıq qərarın icra vəziyyəti ilə bağlı qərarlar açıqlanması gözlənir. İcra durumu müzakirə ediləcək qərarlar Ermənistan, Azərbaycan, Bolqarıstan, Belçika, Bosniya və Herseqovina, Fransa, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Ukrayna və Türkiyə ilə bağlıdır.

Nazirlər Komitəsinin Azərbaycan üzrə nəzarətə götürdüyü 3 qərar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır.

6 qərar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılığa, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Avropa İnsan Hüquqları Konvensiyasına zidd olaraq məhkəməyə qədər həbsləri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

1 qərar – “Sarqsyan Azərbaycana qarşı” işi üzrə qərar mülkiyyət hüququ mübahisəsi ilə əlaqəlidir.

1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi, milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir. Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyana riayət olunmasını həyata keçirir.

Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.

Avropa Şurası Nazirlər Komitəsinin 15 mart 2021-ci il hesabatına görə, Avropa Məhkəməsinin Azərbaycanla bağlı ümumilikdə 287 qərarının icrası nəzarətə götürülüb, həmin qərarların 43-nün icrasına nəzarət qapadılıb.

İqtisadçıdan büdcə qeydi

  • 07 İyun 2021
  • comments

“Yeni alınma sözlər lüğəti”

  • 07 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda