• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan ərazisinə müdaxilə, cavab tədbiri

  • 02 İyun 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb. Qeyd olunur ki, iyunun 1-i saat 20 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə girərək mövqe tutublar: “Azərbaycan silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkə ərazisindən çıxarılıb. Silah tətbiq edilməyib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycanın sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədi güdür.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkə ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə olunan atəşkəs razılaşması nəticəsində 6 rayon tam, 5 rayon qismən azad edilib.

Xankəndi, həmçinin Xocalı, Ağdərə, Xocavənd və Şuşanın bir hissəsi işğalda qalır. Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.

Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri mayın 12-də Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.

Mayın 27-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin iki kəşfiyyat-diversiya qrupu Kəlbəcər rayonu sahəsində Azərbaycan sərhədini keçib, ərazidə minalama işləri və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Düşmənin 6 hərbi qulluqçu tərksilah edilərək saxlanıb.

Son sutkada Britaniyada koronavirusdan ölən olmayı...

  • 02 İyun 2021
  • comments

Tilsimi qıranlar

  • 02 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda