• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aqrar özbaşınalıq

  • 02 İyun 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Azərbaycanın kənd təsərrüfatında subsidiyalarla bağlı qərarlar – subsidiyanın növləri, hansı məhsullara subsidiya verilməsi, hər hektara üzrə subsidiya əmsalları, birdəfəlik subsidiyaların məbləği, ayrı-ayrı subsidiya növlərinin əhatə etdiyi rayonların siyahısı kimi məsələlər Aqrar Subsidiya Şurasının səlahiyyətindədir. Şuraya kənd təsərrüfatı naziri İnam Kərimov sədrlik edir. Novator.az-ın məlumatına görə, iqtisadçı Qalib Toğrul yazır ki, aqrar subsidiyaların verilməsi gecikdirilir: “Səbəb Kənd Təsərrüfatı Nazirliyinin (KTN) torpaqların aqrokimyəvi analizlərdən keçirilməsi tələbi qoymasıdir. Torpaqlarını aqrokimyəvi analizdən keçirməyən fermerlərə subsidiya verilmir. Bu qərar KTN-in özbaşınalığıdır. 10 hektar və daha çox sahəsi olan fermerlərin torpaqlarının 2021-ci ildən aqrokimyəvi analizlərə cəlb olunması və əkin subsidiyalarının ödənişini analizlərin nəticələrinə bağlamaq qərarını Aqrar Subsidiya Şurası verib. Ancaq nəinki şuranın, heç KTN-in də belə bir qərar verməyə səlahiyyəti yoxdur.

Prezidentin 27 iyun 2019-cu il fərmanı ilə təsdiq edilmiş sənəddə – “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”nda Aqrar Subsidiya Şurasının səlahiyyətlərinin çərçivəsi konkret müəyyənləşdirilib. Qaydaya görə, şura hər il yanvarın 15-dək əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi; məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi; toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi barədə qərarlar qəbul edib ictimaiyyəti məlumatlandırmalıdır.

Şuranın subsidiyaların tətbiqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim etmək, müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq yeniləmək hüquqları var.

Ancaq Aqrar Subsidiya Şurasının torpaqların analizdən keçirilməsi ilə bağlı məcburi göstəriş verməyə, norma yaratmağa və hər hansı bir şəkildə subsidiyaların verilməsini məhdudlaşdırmağa hüququ çatmır. Dolayısı ilə şuranın, əslində isə KTN-in məlum qərarı konstitusiyanın normativ hüquqi aktlar maddəsinin tələblərinə və “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa ziddir. KTN-in və onun yanındakı qurumların rəhbərlərinin qərara hüquqi don geyindirmək üçün istinad etdikləri “Fitosanitar nəzarəti haqqında” qanunda və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”ndə müvafiq hüquqi norma yoxdur.

Ərdoğan niyə gəlir?

  • 02 İyun 2021
  • comments

Rusiya hakimiyyəti adamları necə izləyir? – Almani...

  • 02 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda