• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qəzetlərə maliyyə yardımının yeni şərtləri

  • 01 İyun 2021
0
SHARES
FacebookTwitterPinterest

İyunun 1-də Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edib. İctimai-siyasi qəzetlər arasında keçirilən müsabiqədə iştirak üçün bu şərtlər qoyulub: qəzetin mətbu nəşrlərin reyestrinə daxil edilmiş olması; müsabiqə elan olunan günədək son 1 il ərzində müntəzəm nəşr olunması, dövriliyinin həftədə bir dəfədən, birdəfəlik tirajının 1500 nüsxədən və yayımının (abunə və satışının) 1000 nüsxədən az olmaması; yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində olmaması; təsisçisinin xarici dövlətlərin hüquqi və fiziki şəxsləri olmaması; təsisçisinin dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmaması, redaksiyasının yaradıcı heyətinin ən azı beş nəfərdən ibarət olması.

Müsabiqədə iştirak üçün müraciət etmiş qəzet redaksiyaları müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində hər ay üzrə 2 nömrə olmaqla ümumilikdə 6 nömrələrini agentliyə təqdim edirlər.

Tələb olunan digər sənədlər bunlardır: qəzetin baş redaktorunun ərizəsi; qəzetin mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin surəti; vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti; qəzet redaksiyasının nizamnaməsinin surəti; müsabiqə elan olunan günədək son 1 il ərzində qəzetin müntəzəm nəşr olunmasını təsdiq edən arayış; qəzetin dövriliyini təsdiq edən mətbəə arayışı; qəzetin birdəfəlik tirajını təsdiq edən elektron qaimələr (mətbəə qaimələri); qəzetin tiraj bölgüsünə dair məlumatı əks etdirən təsdiqlənmiş sənəd; qəzetin abunə və satışına dair yayımçının təsdiq etdiyi arayışlar və elektron qaimələr; qəzetin bank rekvizitlərini əks etdirən sənəd; qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti); qəzetin müvafiq qəzet nömrələri (təqdim olunan hər bir nömrə 4 nüsxədə).

Müsabiqənin elanından əvvəlki yarım ildə maliyyə yardımı göstərilmiş qəzet redaksiyalarından tələb olunan sənədlər belə sıralanır: qəzetin baş redaktorunun ərizəsi; qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti); qəzetin müvafiq qəzet nömrələri (təqdim olunan hər bir nömrə 4 nüsxədə).

Müsabiqəyə müraciət nəzərdə tutulmuş sənədlərin kağız daşıyıcıda agentliyə təqdim olunması və ya “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.

Qəzet nömrələrinin qiymətləndirilməsini Medianın İnkişafı Agentliyinin cəlb etdiyi 3 müstəqil ekspert həyata keçirir.

Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 min manat məbləğində maliyyə yardımı göstərilir.

Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3000 manat məbləğində maliyyə yardımı göstərilir.

Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə edibsə, maliyyə yardımı göstərilən 6 aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5000 manat məbləğində vəsait ayrılır.

Müsabiqədə qalib elan olunan qəzet redaksiyaları maliyyələşdirilən hər nömrədə (həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlər həftədə bir dəfə, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlər isə həftədə beş dəfə olmaqla) qaydalarda göstərilən sahələrdən hər hansı biri üzrə ən azı 500 sözdən ibarət məqalənin dərc olunmasını təmin edirlər.

Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.

Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 abunəsi üçün aylıq 200 manat, hər əlavə 1000 abunəsi üçün isə aylıq 400 manat məbləğində bonusun verilməsi nəzərdə tutulur.

Müraciətlərin qəbulu 1 iyun 2021-ci ildən 11 iyun 2021-ci il saat 18:00-dək həyata keçirilir.

İctimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) üçün də müsabiqə elan edilib. Müsabiqədə iştirak üçün onlayn media subyektinə (veb-sayta) qoyulan şərtlər arasında bunlar da var: işçilərinin əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdikləri yerin (ofis sahəsinin) olması; öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək şəraitinin minimum tələblərə (kompüter, ofis ləvazimatları və s.) cavab verməsi; bir nəfər baş redaktor, bir nəfər müxbir, bir nəfər texniki işçi olmaqla ən azı üç nəfərdən ibarət heyətinin olması; hər ay 20 gün ərzində gündəlik ən azı 20 kütləvi informasiya dərc etməsi (dövlət orqanlarının (qurumlarının) rəsmi məlumatları (press-relizlər) və informasiya agentliklərinin informasiyaları istisna olmaqla).

Medianın İnkişafı Agentliyi 2021-ci il yanvarın 12-də 2009-cu ildən fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında publik hüquqi şəxs kimi yaradılıb.

Qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti prezidentin vəzifəyə təyin etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

Cari rəhbərlik prezidentin vəzifəyə təyin etdiyi icraçı direktorun səlahiyyətindədir. Bu postu Əhməd İsmayılov tutur.

Yeni kitablar

  • 01 İyun 2021

Üçtərəfli qrupun fəaliyyəti dayanıb

  • 01 İyun 2021

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
ManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
ManşetŞərh

Təklif və suallar

comments
Xəbər

Yeni həbs, tanış ittiham

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
Xəbər

Yoluxma, ölüm, peyvənd

comments
ManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
Xəbər

Beşlikdə son iki nöqtə

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

comments
Xəbər

Yeni mərkəzin rəhbərləri bəlli oldu

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Xəbər

Bərpaya start

comments
Xəbər

Milli Müdafiə Universiteti yaradılıb

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda