Mərkəzi Bankın hesabatına görə, 2021-ci il mayın 1-nə paytaxt Bakıda 7 milyard 453,8 milyon manat əmanət qeydə alınıb. Novator.az bildirir ki, iqtisadi rayonlarda əmanət məbləği belə rəsmiləşib:
Abşeron – 242,6 milyon manat
Gəncə-Qazax – 184 milyon manat
Aran – 169,3 milyon manat
Quba-Xaçmaz – 72,3 milyon manat
Lənkəran – 71,6 milyon manat
Şəki-Zaqatala – 62,3 milyon manat
Naxçıvan – 54,5 milyon manat
Dağlıq Şirvan – 24,1 milyon manat
Yuxarı Qarabağ – 17,8 milyon manat.
Kəlbəcər-Laçın iqtisadi rayonunun göstəricisi hesabatda yer almır.
Mayın 1-nə ölkə üzrə əmanət məbləği 8 milyard 352,9 milyon manat göstərilib.