Novator.az xarici valyutaların rəsmi məzənnələrinin yanvar-may aylarında necə dəyişməsinə diqqət yetirib.
Avro 2021-ci ilə 2,0854 manatla başlayıb. Ən yüksək rəsmi kurs yanvarda 2,0958 manat, fevralda 2,0697 manat, martda 2,0547 manat, apreldə 2,0618 manat, mayda 2,0844 manat olub.
Gürcüstan larisi 0,5144 manatla start götürüb. Rəsmi zirvə yanvarda 0,5170 manat, fevralda 0,5176 manat, martda 0,5135 manat, apreldə 0,4990 manat, mayda 0,5205 manat göstərilib.
Rusiya rublu yola 0,0229 manatla çıxıb. Maksimal məzənnə yanvar, fevral və mayda 0,0232 manat, martda 0,0233 manat, apreldə 0,0229 manat səviyyəsində rəsmiləşib.
Türkiyə lirəsinin ilkin qiyməti 0,2291 manat olub. Yuxarı hədd yanvarda 0,2327 manat, fevralda 0,2442 manat, martda 0,2330 manat, apreldə 0,2117 manat, mayda 0,2063 manat göstərilib.
2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-aprel aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 989,8 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarın valyuta hərraclarında fonddan 644,9 milyon dollar, fevralın hərraclarında 437,3 milyon dollar, martın hərraclarında 397,7 milyon dollar, aprelin hərraclarında 509,9 milyon dollar alınıb.
Manatı qorumağa Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.