• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsulzadədən bəri

  • 27 May 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Mayın 28-i Respublika Günüdür: 1918-ci ilin həmin günü istiqlal bəyannaməsi qəbul edilib, Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.

Novator.az bildirir ki, 1920-ci ilin bolşevik işğalınadək yaşayan cümhuriyyətdə ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadə olub. O, 1918-ci ildə bir müddət Azərbaycan Milli Şurasına sədrlik edib.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Novxanıda doğulub. Bakıdakı II rus-müsəlman məktəbində, Bakı Texniki Məktəbində təhsil alıb.

1903-cü ildə Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) nəzdində “Hümmət” Sosial Demokrat Təşkilatının yaradıcılarından olub. 1907-ci ildə RSDFP-dən uzaqlaşaraq rus müstəmləkə üsul-idarəsinə qarşı fəaliyyətə başlayıb.

1911-ci ildə Müsavatın qurulmasında iştirak edib, partiyanın ilk başqanı olub. Azərbaycanın ilk parlamentində Müsavat fraksiyasına başçılıq edib.

1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycanı işğal edəndə həbs olunub, azadlığa çıxandan sonra Moskvada yaşayıb. 1922-ci ildə Finlandiyaya, oradan Fransaya, sonra Türkiyəyə gedib. 1955-ci il martın 6-sı Ankarada vəfat edib, “Əsri” qəbiristanlığında dəfn olunub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət başçısı postlarını bu şəxslər də tutub: Əlimərdan bəy Topçubaşov (parlament sədri, 1918-1920), Fətəli xan Xoyski (baş nazir, 1918-1919), Nəsib bəy Yusifbəyli (baş nazir, 1919-1920).

İkinci respublikanın – Azərbaycan Sovet Sosialist Respublikasının ilk rəhbəri Nəriman Nərimanov olub. O, 1920-21-ci illərdə əvvəl İnqilab Komitəsinə, sonra Xalq Komissarları Sovetinə başçılıq edib.

1921-ci ildə Mərkəzi İcraiyyə Komitəsi yaradılıb və onun başında müxtəlif dövrlərdə Muxtar Hacıyev (1921-ci ildən), Səməd Ağamalıoğlu (1922-ci ildən), Sultanməcid Əfəndiyev (1929-cu ildən və 1931-ci ildən), Qəzənfər Musabəyov (1930-cu ildən) dayanıblar.

1933-1991-ci illərdə hakimiyyət başçısı postu Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katiblərinin əlində olub. Birinci katib postunu 1933-1953-cü illərdə Mircəfər Bağırov, 1954-1959-cu illərdə İmam Mustafayev, 1959-1969-cu illərdə Vəli Axundov, 1969-1982-ci illərdə Heydər Əliyev, 1982-1988-ci illərdə Kamran Bağırov, 1988-1990-cu illərdə Əbdürrəhman Vəzirov tutub.

1990-cu ilin yanvarından birinci katib olan Ayaz Mütəllibov həmin ilin mayında parlamentin qərarı ilə prezident seçilib.

1991-ci il avqustun 30-da parlament Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul edib.

1991-ci il sentyabrın 8-də Ayaz Mütəllibov ümumxalq səsverməsi ilə prezident seçilib.

1991-ci il oktyabrın 18-də parlament dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

Ayaz Mütəllibovun Azərbaycana rəhbərliyi 1992-ci il martın 6-dək çəkib.

1992-ci ilin mart ayından prezident səlahiyyətlərini Yaqub Məmmədov, may ayından İsa Qəmbər icra edib.

1992-ci il iyunun 17-dən 1993-cü il iyunun 24-dək prezident postunda Əbülfəz Elçibəy əyləşib.

1993-cü il iyunun 24-dən Heydər Əliyev prezident səlahiyyətlərini icra edib, oktyabrın 3-də dövlət başçısı seçilib, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti seçkidə də qalib gəlib.

2003-cü ildən Azərbaycana İlham Əliyev rəhbərlik edir. O, 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də prezident seçilib.

Bir oxunuş qaldı

  • 27 May 2021
  • comments

Mərkəzi Bankın yeni hesabatları

  • 27 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Anım
  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda