• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oqtay Gülalıyevin oğlu qəzaya düşüb

  • 26 May 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-i axşam Bakıda yol qəzasına düşüb. Onun idarə etdiyi avtomobil başqa bir maşınla toqquşub. “Turan”ın məlumatına görə, kəllə-beyin xəsarəti alan, burnu sınan və diz nahiyəsi zədələnən Təbriz Gülalıyev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Oqtay Gülalıyev müxalif mövqeyi ilə tanınıb. O, 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb, son illər dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.

Hüquq müdafiəçisi 2019-cu il oktyabrın 29-u Bakıda piyada keçidi ilə yolu keçərkən Kənan Abdullayevin idarə etdiyi minik avtomobili ilə vurulub, ağır kəllə-beyin travması alaraq koma vəziyyətinə düşüb. Həmin il noyabrın 6-dan Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunan Oqtay Gülalıyev 2020-ci il noyabrın 8-də Bakıya gətirilib, evdə yatır.

Onu avtomobillə vuran Kənan Abdullayevin taksi sürücüsü olduğu bəyan edilib. Cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunub. İstintaq zamanı Kənan Abdullayevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 2021-ci il yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi onu 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Yol hərəkəti qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinən Kənan Abdullayev məntəqə tipli müəssisədə cəza çəkir.

Bakıda orta maaş

  • 26 May 2021
  • comments

İsa Qəmbərin təşkilatı kampaniya təklifi verir

  • 26 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Gənclər
  • Hadisə
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda