Rəsmi bilgiyə görə, 2021-ci il aprelin 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olub. Novator.az Dövlət Statistika Komitəsinin saytında bölgələr üzrə göstəricilərə də nəzər salıb.
Ən yüksək orta maaş Bakı şəhərində qeydə alınıb: 927,1 manat.
Gədəbəy rayonunda orta maaş 706,5 manat, Daşkəsən rayonunda 667,2 manat, Sumqayıt şəhərində 638,8 manat, Sədərək rayonunda 638,2 manat göstərilir.
Şirvan şəhərində orta maaş 581,5 manat, Abşeron rayonunda 556,9 manat, Siyəzən rayonunda 556,8 manat, Qubadlı rayonunda 556,2 manat, Kəngərli rayonunda 550,4 manat, Naxçıvan şəhərində 546,6 manat, Xocavənd rayonunda 533,7 manat, Şuşa rayonunda 532,7 manat, Salyan rayonunda 531,8 manat, Gəncə şəhərində 521,3 manat, Babək rayonunda 521 manat, Şahbuz rayonunda 520,6 manat, Xocalı rayonunda 520,5 manat, Şəmkir rayonunda 519,2 manat, Biləsuvar rayonunda 518,4 manat, İmişli rayonunda 512,8 manat, Şərur rayonunda 506,1 manat, Culfa rayonunda 505 manat, Zəngilan rayonunda 502,1 məbləğində rəsmiləşib.
Qalan bölgələrdə orta maaş 500 manatdan azdır.
Qax rayonu 395,7 manat orta maaşla son sırada dayanır.
Azərbaycanda minimum maaş 250 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin median əməkhaqqı məbləği hesabatına görə, 2021-ci ilin əvvəlinə muzdla çalışanların yarısı 343 manatdan çox, yarısı həmin məbləğdən az əməkhaqqı alıb.